Ailəsi dağıldı, doğmaları xəyanət etdi – “Arzunun vaxtı” - VİDEO
Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Arzu Səfərovanın “Arzunun vaxtı” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişin qonağı stilist, vizajist Şəfəq Novruz olub.
O, karyerasından, biznesində yaşadığı çətinliklərdən, yaxınlarının xəyanətindən və atası – mərhum Xalq artisti Ramiz Novruzun vəfatından sonra keçirdiyi ağır dövrdən bəhs edib: “Vaxtilə yaxınlarına və qohumlarına dəstək olsa da, çətin günlərində onların əksəriyyətini yanında görməyib:
“İndi başa düşmüşəm ki, insanın ətrafında çox adamın olmasındansa, heç kimin olmaması daha yaxşıdır. Həmişə yaxınlarıma dəstək olmuşam, onlara öz işimi öyrətmişəm. Düşünürdüm ki, mənə lazım olanda doğmalarım da yanımda olacaqlar. Amma qohumlarım mənə gözlənilməz zərbə vurdular”.
O, həmçinin atasının vəfatından sonra ağır psixoloji dövr keçirdiyini deyib: “Atamdan sonra çox şey dəyişib. Sanki həyatın bütün şirinliyini özü ilə apardı. Gördüyüm işləri ona göstərirdim ki, məni tərifləsin. Atamın bircə xoş sözü mənim üçün hər şeydən dəyərli idi”.
Vizajist vaxtilə bir neçə filialı və böyük komandası olsa da, hazırda işlərini əsasən özünün idarə etdiyini söyləyib: “Yaşadıqları ona öz gücünə arxalanmağı və ailənin həyatda insanın ən böyük dayaqlarından biri olduğunu başa salıb.
Veriliş oktyabrın 24-də Baku TV-nin YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:













