Abbasovun azad olunması təsdiqini tapmır
Sosial şəbəkələrdə və bəzi saytlarda tanınmış jurnalist Fuad Abbasovun azadlığa çıxması xəbəri yayılmaqdadır.
Rakus.az xəbər verir ki, bu məlumatlar təəssüf ki, öz təsdiqini tapmır.
Musavat.com bildirir ki, Fuad Abbasovun vəkili, dəyərli soydaşımız Elman Paşayevlə davamlı əlaqədəyik. Bizim üçün Fuad Abbasov barədə ən mötəbər məlumat mənbəyi odur. O, dünən növbəti dəfə Rusiya həbsxanasındakı jurnalistimizlə görüşüb, bu barədə məlumatları verib.
Hazırda sosial şəbəkələrdə və bəzi saytlarda Fuad Abbasovun köhnə videolarından parçalar paylaşıb, iddia edirlər ki, jurnalist evindədir.
Vəkil Elman Paşayevə istinadən bildiririk ki, bütün bunlar dezinformasiyadır, Fuad Abbasov hələ də izolyatordadır və onun oradan buraxılması 28 may tarixində gözlənilir.
Fuad Abbasovun “…evidəyəm” dediyi video isə köhnə videodur, konteksdən çıxarılıb və həqiqəti əks etdirmir.
Fuad Abbasovun guya hazırda evində olduğu iddia edilən və bütün ölkəni bu dezinformasiyaya yönəldən videoparçanın əsli isə bu linkdədir. Tarixə diqqət – 23 fevral!