Təhlil 23.07.2019 23:39

ABŞ Türkiyəni, Ankara isə Vaşinqtonu hədələyir – TƏHLİL - FOTO

Türkiyə Rusiyadan S-400 raketlərdən müdafiə sistemi aldığına görə rəsmi Vaşinqtonun sanksiyaları ilə üzləşəcəyi təqdirdə cavab tədbirlərinin görüləcəyi ilə hədələyib.

Rakus.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mevlut Cavuşoğlu Prezident Donald Trampa bu ölçüyə əl atılmasına mane olduğu üçün təşəkkürünü bildirib.

Nazir deyib ki, bu, nə təhdid, nə də blefdir: “Biz Türkiyəyə ədavətlə yanaşanlara baş əyəcək bir ölkə deyilik”.

O, prezident Trampın sanksiyaların əleyhinə olduğunu və əvvəlki administrasiyanın Türkiyənin “Patriot” sistemi almamasına görə məsuliyyət daşıdığını bildirdiyini diqqətə çatdırıb. Nazir bunun həqiqət olduğunu söyləyib.

Türkiyə Birləşmiş Ştatların sanksiyaları ilə qarşılaşmaq təhlükəsinə əhəmiyyət verməyərək S-400 raket müdafiə sisteminin komponentlərinin ilk üç hissəsini iyulun 12-də, dördüncü partiyanı isə iyulun 13-də təhvil alıb.

Vaşinqton və onun müttəfiqləri S-400 sisteminin NATO sistemləri ilə bir araya gəlmədiyini və F-35 tipli döyüş təyyarələri üçün təhlükə yaratdığını hesab edir.

Vaşinqton Türkiyəni ABŞ istehsalı olan “Patriot” raket müdafiə sistemi almağa çağırıb.

Birləşmiş Ştatlar Türkiyəyə qərarın dəyişdirilməsi, ya da ABŞ-ın F-35 layihəsində iştirakdan məhrum edilmək arasında seçim etmək üçün iyulun 31-ə qədər möhlət verib. Lakin ABŞ artıq Türkiyənin F-35 proqramından çıxarılması prosesinə başlayıb. Türkiyə pilotlarına döyüş təyyarələrinin idarə edilməsi üçün Birləşmiş Ştatlarda təlimlərin verilməsini dayandırılıb.

ABŞ dövlət katibi Mayk Pompeo keçən həftə Türkiyənin xarici işlər naziri ilə telefonda danışıb və Türkiyənin Rusiyanın S-400 raket sistemini alması ilə bağlı məyusluğunu ifadə edib. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

Vaşinqton Türkiyənin Rusiyanın raket müdafiə sistemini almasına qarşı çıxıb və sanksiyalar tətbiq etməklə hədələyib.

XƏBƏR LENTİ
Müsahibə, Siyasi / 09.12.2025 19:10
“Rusiya imperiyası Azərbaycanı erməniləşdirməklə Qarabağdakı mövqeyini gücləndirirdi”
Sosial / 09.12.2025 14:56
Bazar/basar tayfasının keçib getdiyi yer – ANONS
Müsahibə, Siyasi / 09.12.2025 13:22
“SSRİ-nin siyasəti Azərbaycanı erməniləşdirmək idi” – ANONS - FOTO - VİDEO
Müsahibə / 08.12.2025 23:56
“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - VİDEO
Siyasi / 08.12.2025 17:53
Heydər Əliyevin zəngin irsi bu gün də yaşayır - FOTO
Mətbuat / 08.12.2025 10:59
“Global Media Group” 8 yaşımı qeyd edir
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO