Gündəm 22.08.2019 14:16

Allahşükür Paşazadənin yubileyinə həsr olunan tədbir keçirildi - FOTO

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Şeyxülislam Allahşükür Paşazadə 70: Mənəviyyata Həsr Olunmuş Ömür” adlı tədbir keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Ümummilli lider Heydər Əliyev siyasi həyatda çox nümunələr yaradıb: “Onun yaratdığı nümunələr təkcə bizim yox, bizdən sonra gələcək nəsillər üçün də siyasətdə qəbul olunacaq və birbaşa tətbiq olunacaq nümunələrdir. Şeyx həzrətləri Azərbaycanın mənəvi, mənəvi-dini həyatında, bizim mənəvi aləmimizdə məxsusi nümunələr yaradıb. O nümunələrdən biri də Azərbaycandakı bugünkü islam modelidir. İslam dininin normaları var ki, onlara toxunmaq, onları pozmaq olmaz və o normalar da olduğu kimi tətbiq olunmalıdır”.

Ə.Həsənov hesab edir ki, Hacı Allahşükür Paşazadədən danışanda onun Şeyxülislamlıq fəaliyyətinin mövcud nəticələrinə dəyər verməliyik: “Azərbaycan müstəqillik əldə edərkən kifayət qədər kənar qüvvələr, maraqlı dairələr, qonşu və uzaq dövlətlər üçün, Azərbaycanda geosiyasi, geoiqtisadi, hərbi strateji maraqları olan dairələr üçün kifayət qədər maraqlı obyekt idi və hamı burada özünün koloniyasını yaratmaq istəyirdi. Belə bir şəraitdə Şeyxülislam Ümummilli liderin yürütdüyü müstəqil dövlətçilik siyasətinin yükünün arxasına öz çiynini də verərək Azərbaycanı milli-mənəvi birlik modelini ortaya qoydu, onun əsas mexanizmlərini və dövlətin maraqlarına uyğun metod və vasitələrini işləyib ortaya qoydu, onu kənar təsirlərdən qorudu və bugünkü mövcud Azərbaycan dini modeli yaradıldı. Şeyxülislamlıq fəaliyyətinin müstəqillik dövründəki əsas yekunu budur. Bu gün Azərbaycanın dini adət-ənənələri, inanclı insanlarının sitayiş normaları, məscidlərdə davranış normaları, islami tələblərin yerinə yetirilməsi bizim milli modelimizə uyğundur ki, onun da təməlində məhz Şeyxülislam durur”.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov Hacı Allahşükür Paşazadənin fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. O bildirib ki, bu gün Azərbaycanın hər bir yerində, kəndlərində dünyada tayı-bərabəri olmayan məscidlərimiz fəaliyyət göstərir: “Şeyx həzrətlərinin fəaliyyəti barədə geniş danışmaq olar. Bunlar danışdıqca qurtarmır. Şeyx həzrətləri dünyada tanınan bir şəxsiyyətdir. Hacı Allahşükür Paşazadənin Azərbaycanın bütün ağsaqqallarının yanında çox böyük hörməti var. Mən sizə uzun ömür və can sağlığı arzu edirəm”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə bildirib ki, Hacı Allahşükür Paşazadə Azərbaycanın tarixində ən gənc Şeyxülislam olub: “O, 30 yaşında Şeyxülislam olub. Çox gənc yaşlarından ağsaqqal kimi fəaliyyət göstərib. XX və XXI əsrdə dinin adından çıxış edib. İslam dini barış, sülh və barış dinidir. Mən Şeyxülislam ilə çoxdan tanışam və onun fəaliyyətini dərindən izləyirəm”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə həm də siyasi və dövlət xadimidir: “O, uzun müddət Azərbaycan və SSRİ parlamentinin deputatı olub. Şeyx həzrətləri dövlətçiliyi hər zaman yüksək tutub. Azərbaycanın ən tale yüklü məsələlərində şeyx həzrətləri həmişə dövlətin yanında olub. Şeyx həzrətləri keçmişdə Ulu öndər Heydər Əliyevin, hazırda isə cənab Prezident İlham Əliyevin həmişə yanındadır. Həmişə o siyasəti dəstəkləyir və o siyasətin həyata keçməsinə öz töhfələrini verir. Sizi  Yeni Azərbaycan Partiyasının və Milli Məclisin adından təbrik edirəm və sizə uğurlar arzulayıram”.

Tədbir daha sonra çıxışlarla başa çatıb. (apa.az)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO