Təhlil 26.08.2019 23:39

ABŞ-İran gərginliyi: müharibə ehtimmalları artır -TƏHLİL - FOTO

“Biz öz mövqeyimizi Yunanıstan hökumətinə və bütün Aralıq Dənizi limanlarına aydın etmişik ki, ‘Adrian Darya 1’ tankerinə xidmət göstərməsinlər,” – Amerika rəsmiləri Britaniya tərəfindən bir neçə həftə öncə saxlanılmış İran tankerinin azad olunmasına reaksiya verdilər.

Donald Tramp Administrasiyası aydın edib ki, o, 1979-cu il İslam İnqilabı nəticəsində formalaşmış rejimi regionda sülhə və sabitliyə təhlükə kimi görür və bu dövlətin qlobal maliyyə resurslarından faydalanmasını terrora yönəlik qurumun varlanması kimi dəyərləndirir.

Hörmüz boğazında xarici neft tankerlərinin İran tərəfindən basqılara məruz qalması, və ABŞ-a məxsus dronun səmada vurulması gərginlikləri son illərin pik nöqtəsinə çatdırıbı və müharibə ehtimalını artırıb.

İran sürət qayıqlarından istifadə edərək Hörmüz boğazında xarici tankerləri hədəf alır.
İran sürət qayıqlarından istifadə edərək Hörmüz boğazında xarici tankerləri hədəf alır.

Bəs amerikalılar İranla hərbi münqaişə haqda nə düşünür? Onlar bu ideyaya necə münasibət bəsləyir?

Gallup təşkilatının iyul ayında keçirdiyi sorğu maraqlı mənzərə təqdim edir.

Belə görünür ki, amerikalıların mütləq əksəriyyəti İranla qarşıdurmanın həllində iqtisadi və diplomatik vasitələrin işə salınmasına üstünlük verir. Rəyi soruşulanların 78 faizi bu seçimi edib. Hazırda amerikalıların yalnız 18 %-i İrana qarşı hərbi ölçüyə əl atılmasına tərəfdardır.

Hərbi münaqişə baş verəcəyi təqdirdə ABŞ aviadaşıyıcılardan, yüksək sərrastlığa malik təyyarələrdən istifadə edəcək.
Hərbi münaqişə baş verəcəyi təqdirdə ABŞ aviadaşıyıcılardan, yüksək sərrastlığa malik təyyarələrdən istifadə edəcək.

Məhəmməd Yunisin yazdığına görə, əslində bu rəqəmlər 2007-ci ildə Corc W. Buş administasiyasını İrana qarşı iqtisadi sanksiyalar tətbiq etdiyi vaxt sərgilənən rəqəmləri əks etdirir. Həmin vaxt da amerikalıların yalnız 18 %-i müharibə ideyasını dəstəkləmişdi.

Eyni zamanda ABŞ vətəndaşları İranın nüvə proqramını qlobal sülhə ciddi təhlükə kimi görməkdə davam edir. Qeyi-hərbi vasitələr İranı nüvə proqramını inkişaf etdirməkdən çəkindirmədiyi təqdirdə İslam Respublikasına qarşı hərbi ölçüyə üstünlük verənlərin sayı iki dəfədən çox artaraq 42 %-ə yüksəlir.

Bu rəqəmi İrana qarşı birbaşa hərbi ölçüyə əl atmağı üstün tutan 18 faizlə bir araya gətirəndə təqribən 53 % qeyri-hərbi vasitələr müvəffəq olmadığı halda İranla hərbi münaqişəni qəbul edir.

ABŞ-ın İnqilabi Qvardiyanı terrorçu təşkilat elan etməsindən sonra etirazçılar ABŞ bayrağının maketini yandırır. Tehran, İran, 12 aprel, 2019.
ABŞ-ın İnqilabi Qvardiyanı terrorçu təşkilat elan etməsindən sonra etirazçılar ABŞ bayrağının maketini yandırır. Tehran, İran, 12 aprel, 2019.

Sorğularda nəzərə çarpan digər faktor respondentlər arasındakı siyasi partiya mənsubiyyətidir.

Bütün hallarda Respublikaçı mövqeyə yaxın vətəndaşlar İranla daha sərt davranmasına üstünlük verirlər. Respublikaçılar arasında İrana qarşı hərbi ölçüyə əl atılmasına tərəfdar olanların sayı 25 %, iqtisadi-diplomatik vasitələr işləmədiyi halda bu seçimə üstrünlük verənlər isə 60 % təşkil edir. Demokrat möveqyə yaxın adamların 68 %-i heç bir halda İranla hərbi münqaişəni dəstəkləmir və onların 50 %-i ABŞ-ın İrana qarşı hərbi ölçüyə əl atmaqda tələsəcəyindən olduqca narahatdır.

  • 16x9 Image

    Əsgər Möhsümoğlu

XƏBƏR LENTİ
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO
Dünya, Mətbuat / 08.09.2026 10:20
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür
Dünya, Siyasi, Təhlil / 07.09.2026 16:37
ABŞ-Rusiya görüşü Ukraynaya sülh gətirəcəkmi? – TƏHLİL - FOTO
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO