Gündəm 21.11.2019 11:29

21 noyabr – Dünya Fəlsəfə Günüdür

Noyabrın 21-i Dünya Fəlsəfə Günüdür.

Dünya Fəlsəfə Gününün qeyd olunması haqqında qərar 2005-ci ildə Parisdə UNESKO-nun Baş Konfransının 33-cü sessiyasında qəbul edilib. Bu günün məqsədi insanları fəlsəfi irslə tanış etmək, gündəlik düşüncələrə yeni fikirlər gətirmək və cəmiyyətin üzləşdiyi problemlər barədə ziyalılar və vətəndaş cəmiyyəti arasında ictimai müzakirələri stimullaşdırmaqdır. Dünya Fəlsəfə Günü 2019-cu ildə müxtəlif regional kontekstlərdə fəlsəfənin əhəmiyyətini vurğulamağı hədəfləyir. Məqsəd sosial dəyişiklikləri dəstəkləyən müasir çağırışlarla bağlı qlobal debatlara regional töhfələr verməkdir. Bu yanaşmanın məqsədi miqrasiya, radikallaşma, ətraf mühitin dəyişməsi və süni intellekt kimi əsas problemləri həll etmək üçün qlobal əməkdaşlığı stimullaşdırmaqla regional dinamikanı inkişaf etdirməkdir.

Rakus.az xəbər verir ki, 21 noyabr – Dünya Fəlsəfə Günü ilə əlaqədar UNESKO-nun Baş direktoru Odre Azule dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, fəlsəfə dünyaya və varlığımıza təəccübdən doğulur. Fəlsəfənin tərifləri arasında ən diqqətçəkənlərindən biri Artur Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” əsərində verilib. Əsərdə fəlsəfə dünyanın sübut kimi qəbul edilmədiyi, lakin bilinməyən bir şey kimi verilən sualların əbədi bir təqdimatıdır. İnanclara meydan oxuyan fəlsəfə bu dünyanı bütün zənginliyi və mürəkkəbliyi ilə dərk etməyi təklif edir. Bu təəccübləndirmək bacarığı 3000 il əvvəl Çin, Orta Şərq və Qədim Yunanıstanda yaranan minillik ənənəsinə qayıdır. Hətta minilliklər keçməsinə baxmayaraq fəlsəfi suallar öz aktuallığını itirməyib.

Müraciətdə vurğulanır ki, fəlsəfə dəyişiklik haqqında düşünmək üçün dəyərli bir vasitədir, eyni zamanda, dialoq və dözümlülük üçün qapı açır. Bütün bu səbəblərə görə UNESKO həmişə fəlsəfənin dostu olub. UNESKO bir qurum olaraq Emmanuel Kantın, Bernardin de Saint-Pierrenin əsərlərini həsr etdikləri insan hüquqları fəlsəfəsi sahəsində layihə həyata keçirir.

Dünya Fəlsəfə Günündə UNESKO öz növbəsində sizi dünyaya və ətrafınızdakı gerçəkliyə heyran olmağa, dogmatizmi və qərəzi ifşa etməyə, başqa sözlə insan təbiətinin ümumbəşəri mahiyyətini kəşf etməyə dəvət edir.

Azərbaycan dünya elminə böyük töhfələr bəxş edən ölkələr sırasındadır. Ölkəmizdə elmin müxtəlif sahələrində, o cümlədən fəlsəfə sahəsində əhəmiyyətli nailiyyətlər qazanılıb. Bu gün Azərbaycan elmi-fəlsəfi fikrinin dünya elminə inteqrasiyası qarşıda duran ən aktual vəzifələrdən biridir. (Azərtac)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO