Elm və təhsil 17.01.2020 11:14

ADA Universiteti XİN ilə birgə tədbir təşkil etdi - FOTO

Yanvarın 17-də ADA universiteti Xarici İşlər Nazirliyi ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edib.

Rakus.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Xarici İşlər naziri Elmar Məmmədyarov, ADA Universitetinin rektoru Hafiz Paşayev, xarici ölkələrin səfirləri, universitetin müəllim və tələbə heyəti iştirak edib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva çıxışında 20 Yanvarın Azərbaycan xalqının həm də qəhrəmanlıq tarixi olduğunu vurğulayıb: “Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvar həm də xalqımızın qəhrəmanlıq səhifəsidir”.

ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, Azərbaycan xalqı bu günü həm qəmginliklə, həm qürurla qeyd edir: “Çünki 20 Yanvar müstəqilliyimizin müəyyənləşdirilməsində çox mühüm rol oynayıb”.

Paşayev 20 Yanvar faciəsi ilə bağlı ABŞ-da dərc edilən məqalələrdən, kitablardan söz açıb: “”Azərbaycanın müstəqillik hərəkatı ilə bağlı həqiqətləri amerikalılara çatdırmaq çox vacib idi. Onlar bu mövzuya çox dərindən yanaşdılar. 1990-cı ilə qədər amerikalılar Azərbaycan haqqında çox şey bilmirdi və o hadisələr zamanı baş verənlər haqqında çoxlu yalan məlumat var idi”.

Xarici İşlər naziri Elmar Məmmədyarov ki, 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilən ən qanlı hadisələrdən biri adlandırıb: “20 Yanvar faciəsinin baş verməsinin müxtəlif səbəbləri var idi. Nazir bildirib ki, 20 Yanvar faciəsi ilə yanaşı, azərbaycanlılar azərbaycanlı olduqlarına görə Ermənistandan kütləvi şəkildə qovuldular. Bu hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı. Guya sovet qüvvələri Azərbaycan xalqını qorumağa gəlmişdi. Lakin SSRİ Müdafiə naziri Dmitri Yazov sonradan bildirmişdi ki, onların əsas məqsədi sovet idarəçiliyi qorumaq, qeyri-kommunist, milli qüvvələri cəzalandırmaq idi. Onlar eyni zamanda bununla digər sovet ölkələrindəki milli qüvvələrə bir dərs vermək istəyirdilər”.

Nazir qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycanda 70 illik sovet idarəçiliyinin sona çatmasına səbəb oldu.

Xarici İşlər naziri Sumqayıt hadisələrinin baş verməsi səbəblərinə də toxunub. O qeyd edib ki, bu hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı: “Bir faktı deyim ki, həmin vaxt Eduard Qriqoryan şəxsən Sumqayıtda 6 ermənini qətlə yetirmişdi”.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də 20 Yanvar hadisələrinin Azərbaycan xalqının taleyindəki rolundan və müstəqillik tarixindəki əhəmiyyətindən söz açıb: “Biz qürur duyuruq ki, 20 Yanvarda şəhidlərimiz müstəqilliyimiz uğrunda şəhid olublar”.

Tədbir çıxışlarla davam edib. (apa.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO