Gündəm 14.04.2020 15:41

Axşam saat 9-dan sonra havaya çıxmaq olmaz – DİN

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi karantin rejiminə riayət olunması vəziyyətinin təhlili və aparılmış araşdırmalar göstərir ki, hərəkətinə xidməti vəsiqə, arayış, elektron qeydiyyat əsasında icazə verilən şəxslərin əksəriyyəti Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarında müəyyən olunmuş hüquqlardan sui-istifadə edirlər.

Rakus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumatda deyilir.

Bildirilir ki, bu şəxslər iş vaxtı və icazə müddəti başa çatdıqdan sonra, eləcə də qeyri-iş günlərində müvafiq məhdudiyyətlərə əməl etmir, küçələrdə və avtomobil yollarında intensivliyi, eyni zamanda infeksiyanın yayılma riskini artırırlar.

Bütün orqan, müəssisə və təşkilatların rəhbərlərindən tələb olunur ki, “icaze.e-gov.az” portalına yalnız əmək müqaviləsi və ya xidməti müqavilə əsasında çalışan şəxslər haqqında məlumatları daxil etsinlər.

Əməkdaşlarına işdən çıxdıqdan sonra məhz yaşadıqları ünvana qayıtmalarının vacibliyini, verilmiş icazələrdən sui-istifadə hallarına görə inzibati qanunvericiliyə uyğun məsuliyyət daşımalarını izah etsinlər.

Vətəndaşlara evdən yalnız tibbi zərurətlə əlaqədar, ərzaq və dərman almaq, bank və poçt xidmətindən istifadə etmək məqsədilə müəyyən edilmiş qaydada icazə aldıqdan sonra çıxmaq, bu zaman fərdi nəqliyyat vasitəsindən istifadə etməmək, saat 21.00-dan sonra isə yaşadığı ünvanı tərk etməmək tövsiyə edilir.

Vətəndaşların özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün bir daha məhdudiyyət tədbirlərinə riayət etmələri xahiş olunur.

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO