Təhlil 28.07.2019 23:39

ABŞ-ın F-35 taktikası – Ərdoğanın “Boeing” həmləsi – TƏHLİL - FOTO

“Əgər Birləşmiş Ştatlar F-35 təyyarələrini satmasa, Türkiyə başqa yerə üz tutacaq. ABŞ-ın rəsmi Ankaranı proqrmandan kənarlaşdırmaq qərarı Türkiyəni ehtiyaclarını qarşılamasının qarşısını almayacaq”.

Rakus.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Diqqətə çatdıra ki, Ankara Rusiyada Vaşinqtonun təhlükə olaraq gördüyü S-400 raketlərinni alandan sonra Birləşmiş Ştatlar ötən həftə NATO müttəfiqi olan Türkiyəni F-35 proqramından çıxardığını bildirib.

Vaşinqton həmçinin Türkiyəyə sanksiyalar tətbiq etməklə hədələyib, amma Ankara bu təhdidlərə əhəmiyyət verməyib. Sanksiya əvəzinə Donald Tramp Türkiyəyə qarşı “ədalətsizliyin” olduğunu söyləyib, lakin sanksiyaları da istisna etməyib.

Son 12 gündə ilk dəfə olaraq icitmai şəkildə ABŞ-la gərgin münasibətlərdən danışan R.T.Ərdoğan deyib ki, ABŞ rəsmiləri sanksiya məsələsində “məntiqli” davranacaq: “Türkiyə Birləşmiş Ştatlardan “Boeing” təyyarələrinin alışını bir daha nəzərdən keçirə bilər. Bizə F-35-ləri vermirsinizmi? Yaxşı, o zaman bağışlayın, amma biz o məsələ ilə bağlı tədbir görməliyik və başqa yerə üz tutmalıyıq. F-35-ləri almasaq belə, 100 ədəd qabaqcıl “Boeing” təyyarələri alırıq, razılıq imzalanıb. İndiyədək “Boeing” təyyarələrindən biri artıq çatdırılıb və biz ödəniş edirik, biz yaxşı müştəriyik. Amma işlər belə davam etsə, biz bunu yenidən nəzərdə keçirməli olacağıq”, – Prezident hakim AKP partiyasının üzvlərinə söyləyib.

Rusiyanın Rostec adlı dövlətə məxsus konqlomeratı bildirib ki, Rusiya Ankara istədiyi təqdirdə Türkiyəni S-35 təyyarələri ilə təmin etməyə hazırdır. Lakin Türkiyə rəsmiləri cümə axşamı hazırda Moskva ilə F-35 təyyarələrinə alternativlə bağlı danışıqların aparılmadığını bildirib.

F-35
F-35

Ümumiyyətlə, Ankara ilə Vaşinqton arasında münasibət bir neçə məsələ səbəbilə gərginləşib. Türkiyə həmçinin ABŞ-ın Suriyada YPG kürd yarı-hərbi dəstəsinə dəstəyinə görə qəzəblənib. Ankaranın terror təşkilatı hesab etdiyi YPG ABŞ-ın regiondakı əsas müttəfiqidir.

Ankara xəbərdarlıq edib ki, əgər Vaşinqtonlar regionda planlaşdırılmış təhlükəsizlik zonası ilə bağlı razılıq əldə edə bilməsə, YPG-ni oradan təmizləmək üçün Suriyanın şimalında hərbi əməliyyat başladacaq. O “səbrinin tükəndiyini” söyləyib.

Lakin Ərdoğan cümə günü deyib ki, təhlükəsiz zona ilə bağlı danışıqların necə nəticələndiyindən asılı olmayaraq, Türkiyə Suriyada Fərat çayının şərqində “terror dəhlizini” məhv etmək niyyətindədir.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO