Təhlil 17.05.2019 05:55

ABŞ İranla müharibə edir, Tramp isə yox deyir – TƏHLİL - FOTO - VİDEO

ABŞ Prezidenti Amerikanın İranla müharibəyə getməyəcəyinə dair ümidini ifadə edib.

Rakus.az xəbər verir ki,  “Tehranla qarşıdurma ehtimalı”na dair müxbirlərin sualının cavabında Prezident Donald Tramp “ümid edirəm ki, olmayacaq” bildirib.

İsçevrə Prezidenti ilə görüşündən öncə ABŞ dövlət başçısı İranla Amerikanın diplomatik əlaqələrə malik olmadığını xatırladaraq bildirib ki, İsveçrə ABŞ-ın Yaxın Şərqdəki maraqlarını təmsil edir.

Ağ evin mətbuat katibi Sara Sanders daha əvvəl müxbirlərə deyib ki, Tramp İranın davranışını dəyişməsini istəyir. O, Prezidentin İslam respublikası tərəfindən gələ biləcək hər bir təcavüzə cavab veriləcəyini deyib.

İrandan qaynaqlanan təhlükə qarşısında ABŞ Yaxın Şərqə qüdrətli B-52 bombardmançı təyyarələr göndərib.
İrandan qaynaqlanan təhlükə qarşısında ABŞ Yaxın Şərqə qüdrətli B-52 bombardmançı təyyarələr göndərib.

İranın BMT-dəki səfiri Məcid Təxte-Rəvançi isə bildirib ki, ölkəsi regionda gərginliklərin artması marağında deyil. O deyib ki, nəsə yolunda getməsə bütün tərəflər itirəcək. “Özümüzü qorumaq haqqımızdır,” deyə səfir əlavə edib.Məcid Təxte-Rəvançi ABŞ və region ölkələrini İranla bağlı saxta iddialar irəli sürdüklərinə görə tənqid edib.

ABŞ zəruri olmayan diplomatik işçilərinə İraqı tərk etmək əmri verib. Bu addım Tramp administrasiyasının Yaxın Şərqdə Amerika əsgərlərinin İran və ya İranın dəstəklədiyi qüvvələr tərəfindən potensial təhlükələrə məruz qala bilməsi barədə xəbərdarlıq etdiyi vaxt atılır.

ABŞ-ın Bağdaddakı səfirliyinin açıqladığı bəyanatda bildirilib ki, əmr həm səfirlik, həm də ABŞ-ın Ərbildəki konsulluğunun işçilərinə şamil edilir.

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı İrana müqavimət göstərmək üçün 120 min qoşun səfərbər etməyi planlaşdırdığı barədə məlumatı rədd edib. Lakin gələcəkdə bundan çox əsgəri qüvvə göndərilə biləcəyini də istisna etməyib.

“Məncə bu saxta xəbərdir. İndi, mən belə bir addım ata bilərəm? – Əlbəttə. Amma biz bunu planlaşdırmırıq,” deyə Tramp The New York Times-a bildirib.

F/A-18E Super Hornet qırıcı təyyarələri USS Abraham Lincoln aviadaşıyıcısı üzərində. Qırmızı Dəniz. 10 may, 2019.
F/A-18E Super Hornet qırıcı təyyarələri USS Abraham Lincoln aviadaşıyıcısı üzərində. Qırmızı Dəniz. 10 may, 2019.

Pentaqon artıq ötən günlərdə bölgəyə Patriot raket sistemləri və eniş platforma gəmisi də daxil olmaqla təyyarədaşıyan və nüvə bomba təyyarələri göndərib.

Patriot sistemi hava hücumlarından müdafiə sistemidir. Eniş platforma gəmisi isə uzaq məsafədə döyüşmək üçün dənis donanma əsgərlərini, təyyarələri və qayıqları sahilə çatdırır.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO