Elm və təhsil 11.09.2024 22:16

Ağbaba, Ağbaş, Ağvan, Ağqala, Ağbaba, Ağvəng və Ağqaya – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Adı ləğv edilib əsasında 2 rayon yaradılan yurd yeri” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə xüsusi plan əsasında adı dəyişdirilən Ağbaba, Ağbaş, Ağvan, Ağqala toponimləri, Ağbaba, Ağvəng, Ağqaya oronimləri haqqında söz açılır.

Bildirilir ki, azərbaycanlıların qədim tarixini əks etdirən yaşayış məskənlərinin, yer-yurd adlarının yadlaşdırılması bütün zamanlarda ermənilərin xüsusi planları əsasında reallaşdırılıb.

AĞBABA – Ağbaba mahalının Amasiya və Qızıl Qoç rayonlarını əhatə edən nahiyə olub və burada əhalinin 90 faizini azərbaycanlılar təşkil edib. 1930-cu ildə Ağbaba nahiyəsi ləğv edilib, onun əsasında Amasiya və Qızılqoç, yəni Qukasyan rayonları yaradılıb.

AĞBABA –Ağbaba mahalının Amasiya rayonunda kənd olub və  xarabalığa çevrilib. Toponim “ağbaba” quş adı əsasında formalaşıb.

AĞBABA – Ağbaba və Şörəyel mahalları ərazisində, Qızılqoç, indiki Qukasyan rayonu ərazisində dağ adıdır.

AĞBAŞ – Loru mahalının Allahverdi, yəni Tumanyan rayonunda qışlaq olub və 1930-cu illərdə ləğv edilib. Toponim Ağbaş türk tayfasının adı əsasında formalaşıb.

AĞVAN – Zəngəzur mahalının Qafan rayonunda kənd adıdır. Erməni mənbələrində alban etnonimi “ağvan” formasında işlənir.

AĞVƏNG – Dərələyəz mahalının Keşişkənd, yəni Yeğenadzor rayonunda qala olub. “Ağ” sözü qədim türk dilində həm də kiçik mənasında, vəng isə «abidə, möhkəm abidə» mənasında işlənir.

AĞQAYA – Kiçik Qafqaz sıra dağlarında dağ adıdır. Göyçə, yəni Sevan gölünün şərqində yerləşir.

AĞQALA – Göyçə mahalının Kəvər, yəni Kamo rayonunda kənd olub. Kənddə 1831-ci ildən 1916-cı ilədək yalnız azərbaycanlılar yaşayıb. 1918-ci ildə azərbaycanlılar kənddən ermənilər tərəfindən qırğınlarla qovulduqdan sonra buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilib. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar geri qayıdıblar. Sonralar azərbaycanlıları sıxışdırıb çıxarmaq məqsədilə Ağqala kəndi ilə Əyrivəng kəndi birləşdirilib və azərbaycanlılar 1988-ci ildə deportasiya edilib. Kəndin adı ərazidəki albanlara məxsus ağ rəngli qaladan götürülüb. Ermənistan Prezidentinin 1991-ci il 19 aprel tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Berdkunk, yəni Qala yeri qoyulub.

Sonda vurğulanır ki, ermənilərin toponim oyunbazlığı hiyləğər siyasət əsasında dövlət səviyyəsində həyata keçirilib: “Təbii ki, mənfur qonşularımız nə qədər oyunbazlıq etsə də, reallıqlar dəyişmir. Reallıq isə odur ki, azərbaycanlılar öz tarixi torpaqlarına – Qərbi Azərbaycana qayıdacaq və əbədi varlığını bir daha sübut edəcək”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında sentyabrın 11-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO