Elm və təhsil 28.02.2024 18:00

“Ağbaba – Şörəyel İkinci Dünya savaşında həlak olanlar və itkin düşənlər” kitabının təqdimatı - FOTO

Fevralın 28-də Qərbi Azərbaycan İcmasında (QAİ) Basarkeçər rayonu Sətənəxaç kənd icma sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Lütfiyar Nəsibovun müəllifi olduğu “Ağbaba – Şörəyel İkinci Dünya savaşında həlak olanlar və itkin düşənlər” kitabının təqdimatı olub.

Rakus.az xəbər verir ki, təqdimatda çıxış edən QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli son bir ildə Qərbi Azərbaycana qayıdış ideyasının intensiv şəkildə beynəlxalq müstəviyə çıxarıldığını bildirib.

Qarşıda duran hədəflər barədə danışan İcma sədri vurğulayıb ki, Qərbi Azərbaycan həqiqətləri sistemli şəkildə dünya ictimaiyyətinə çatdırılır.

Kitabın Qərbi Azərbaycana məxsus tarixin öyrənilməsində əhəmiyyətli mənbə olduğunu deyən Ə.Ələkbərli deyib ki, təkcə Ağbaba – Şörəyeldə deyil Qərbi Azərbaycanın bütün bölgələrindən İkinci Dünya müharibəsinə gedib qayıtmayanların siyahısı da tərtib olunmalıdır.

Nəşrin müəllifi Lütfiyar Nəsibov bildirib ki, kitabda Ağbaba və Şörəyel bölgələrində (Amasiya inzibati rayonu) yaşamış azərbaycanlıların İkinci Dünya savaşında iştirakları, onlardan həlak olan və ya itkin düşənlərin doğulduqları və yaşadıqları 22 kənd üzrə adbaad siyahılarının müəyyənləşdirilməsi, onların hər birinin – həlak olmuş və itkin düşmüş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, həyatını itirdiyi və dəfn edildiyi yerlə bağlı məlumatlar öz əksini tapıb.

O diqqətə çatdırıb ki, əsas mənbə kimi sovet ordusunun, SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Dövlət Arxivində saxlanılan: hər bir kənd üzrə hərbi komissarlığın hazırladığı müharibədən qayıtmayanların siyahısı və bu siyahılara əlavə edilmiş digər sənədlər, döyüş meydanlarından hərbi hissə komandanlığının hazırladığı canlı qüvvələrin itkiləri haqqında məlumatlardan, məruzələrdən, onların müxtəlif arxiv fondlarında saxlanılan elektron variantlarından istifadə olunub.

Vurğulanıb ki, kitabda orden və medallar, təltiflər barədə və təltif sənədləri haqqında da qısa məlumatlar əks etdirilib. Həmçinin arxivlərdə saxlanılan rus dilindəki qısa məlumat, bu məlumatların daşıyıcısı olan sənədin nömrəsi, tarixi və sənəddən qısaldılmış kiçik bir hissə verilir. Kitabda müharibədən qayıtmayanların fotoşəkilləri də yer alıb. Kitabın sonunda Amasiya rayon Hərbi Komissarlığının müharibədən qayıtmayanlar haqqında sənədlərinin surətləri, “qara kağızlar”ın (bildirişlərin) uçotu jurnalının bütün səhifələrinin faksimileləri verilir.

Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa qeyd edib ki, kitabda 600-dən artıq azərbaycanlı haqqındakı məlumatlar arxiv sənədləri əsasında dəqiqləşdirilib. Məlumatlar təkcə Sovetlər Birliyinin yox, həm də Avropa ölkələrinin arxiv sənədləri əsasında toplanılıb.

Kitab indiki Ermənistan ərazisində azərbaycanlıların izini silməyə çalışanlara tutarlı cavabdır.

O, bu istiqamətdə də işlərin davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, İkinci Dünya müharibəsində vəfat edən və itkin düşən soydaşlarımız haqqında məlumatlar toplanılıb sistemləşdirilməlidir.

Digər çıxış edənlər də kitabın indiki Ermənistan ərazisindəki tarixi Azərbaycan torpağında mövcud olmuş azərbaycanlı yaşayış məntəqələrinin və orada yaşamış soydaşlarımızın aqibəti haqqında son dövrdə yazılan sanballı əsərlərdən olduğunu deyiblər.

Vurğulanıb ki, hazırda Ermənistanın dövlət siyasəti mərhələlərlə soyqırımlarına və deportasiyalara məruz qalan soydaşlarımızın izini silməyə və onlara məxsus olmuş maddi-mədəniyyət nümunələrini yox etməyə, bu da mümkün olmadıqda başqa millətlərin ayağına yazmağa yönəlib.

Lakin istər çar Rusiyası dövründə, istərsə də sovet hakimiyyəti illərində aparılan siyahıyaalmalar, yaşayış məntəqələri haqqında verilən məlumatlar yetərincədir ki, Qərbi Azərbaycanda yaşamış soydaşlarımız haqqında kifayət qədər dolğun mənzərə ortaya qoyulsun.

Bu mənzərəni yaratmaq məsuliyyəti isə Qərbi Azərbaycanla bağlı araşdırma aparan ayrı-ayrı tədqiqatçıların üzərinə düşür. Kitab da bu baxımdan əhəmiyyətli tarixi materialdır.

Xatırladaq ki, kitabın elmi məsləhətçi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərlidir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 29.02.2024 14:21
Ermənistan ləğv edilə, Qərbi Azərbaycan yarana bilər – ANONS
Siyasi / 28.02.2024 21:00
İran ermənilərinin yerləşdirildiyi rayon - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 28.02.2024 18:00
“Ağbaba – Şörəyel İkinci Dünya savaşında həlak olanlar və itkin düşənlər” kitabının təqdimatı - FOTO
Dünya, Təhlil / 28.02.2024 15:29
Plansız Qərb – Rusiya ilə döyüçdən çəkinən Avropa – TƏHLİL - FOTO
Siyasi, Sosial / 28.02.2024 13:17
Ermənilərin Karvansarayda izitirmə planı – ANONS
Siyasi, Sosial / 27.02.2024 22:19
Ermənilər İrəvanda olan Azərbaycan irsini farslaşdırır - FOTO - VİDEO
Maraqlı, Mədəni / 27.02.2024 19:14
“Ermənistanda Azərbaycan adları ilə yaşamaq təhlükəli idi” – MÜSAHİBƏ - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 27.02.2024 14:57
Ermənilər İrəvanı farslaşdırır? – ANONS - VİDEO
Mədəni / 27.02.2024 13:25
“Filmə çəkilmək üçün ermənilər soyadımı dəyişdirmək istədilər” – ANONS - VİDEO
Mədəni / 27.02.2024 09:00
Qoşqar Vəli yazır: “Su çərşənbəsi suya tapınmaq inamı ilə başlayır” - FOTO
Müsahibə, Video müsahibə / 26.02.2024 22:25
“Qəbiristanlığı, dini abidəni dakiğıtmaq vəhşiliyin nümunəsidir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm / 26.02.2024 17:30
İlham Əliyev: “Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı” – YENİLƏNİB - FOTO
Gündəm / 26.02.2024 17:20
Prezidenti İlham Əliyev Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib
Hadisə, Sosial / 26.02.2024 17:01
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı
Siyasi, Təhlil / 26.02.2024 16:11
ABŞ-da “yaş öz işini görür” – TƏHLİL - FOTO
Gündəm / 26.02.2024 14:19
Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət edirlər – YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 26.02.2024 12:00
Bayraməli Şükür – “Xocalı” poeması - FOTO
Gündəm / 26.02.2024 00:03
Xocalı soyqırımından 32 il ötür - FOTO
Maraqlı, Mədəni / 24.02.2024 22:02
Monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan kənd - FOTO - VİDEO
Hadisə, Sosial / 23.02.2024 21:38
“Atamı, anamı və qardaşımı ermənilər Xocalıda girov götürdülər” - FOTO - VİDEO
Dünya, Təhlil / 23.02.2024 15:19
Paşinyanın “France 24”ə müsahibəsi – KTMT-dan çıxma mesajı – TƏHLİL
Hadisə / 23.02.2024 14:16
“Dörd dəfə köç edən ailəm Xocalıda itkin düşdü” – Tahir Seyidovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Sosial / 23.02.2024 10:10
Ardanış kənd icmasının növbəti iclası keçirilib - FOTO
Siyasi, Təhlil / 22.02.2024 20:42
Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır - FOTO - VİDEO
Elm və təhsil / 22.02.2024 17:46
“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı - FOTO
Siyasi / 22.02.2024 15:28
Paşinyan bu əraziləri təhvil verir? – ANONS - VİDEO