Sosial 06.12.2019 13:13

Alı Alıyev növbəti səyyar qəbul-görüş keçirdi - FOTO

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Rakus.az xəbər verir ki, Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Aşağı Yağlıvənd kəndində keçirilib.

Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev rayonun inkişafı üçün vətəndaş-məmur münasibətlərinin önəmli olduğunu bildirib.  Alı Alıyev, rayonda hansı təşkilatda işləməsindən və tutduğu vəzifədən asılı olmayaraq bütün məmurların, dövlət işçilərinin, hüquq-mühafizə orqanlarının əhali üçün işləməli,  insanlara xidmət etməli olduqlarını vurğulayıb.

Alı Alıyev həmçinin Azərbaycanda həyata keçirilən islahatların uğurlu nəticələrindən də danışıb. Qeyd edib ki, 2019-cu ilin əvvəlindən başlayaraq respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir. Bu gün istər orta aylıq əmək haqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində atılan addımlar öz real nəticələrini verir və bu, vətəndaşlarımızın sosial rifahının daha da yüksəlməsinə xidmət göstərir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. Və bu islahatlar uğurlu nəticələr verməkdədir.

Aşağı Yağlıvənd kəndinin ümumi əhalisi 1703 nəfərdi, hal-hazırda 1517 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1580 nəfərə hər ay 88200 manat vahid aylıq müavinət ödənilir, 9 ailəyə ünvanlı sosial yardım təyin edilib, 4 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Aşağı Yağlıvənd kəndində 14 şəhid ailəsi, 5 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 251 nəfərə müxtəlif növ  pensiya və müavinət verilir.  Kənd sakinlərindən 318 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.
Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

XƏBƏR LENTİ
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO
Dünya, Mətbuat / 08.09.2026 10:20
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür