Gündəm 21.05.2020 13:48

Allahşükür Paşazadənin Ramazan təbriki

Qafqaz müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqa təbrik ünvanlayıb. 

Rakus.az xəbər verir ki, QMİ-dən “Report”a daxil olan təbrik mətnində deyilir:

“Bismillahir-rəhmanir-rəhim!

Əziz müsəlman qardaş və bacılar, möhtərəm həmvətənlərim!

Dünya müsəlmanlarının əziz günü — Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

Allah dərgahında rəhmət, bərəkət və məğfirəti ilə üstün aylardan olan Ramazanın əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşurlar. Allahdan dua edirik ki, bu bayram insanlar üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun!

Bu ilki Ramazan dünya üçün mürəkkəb dövrə təsadüf etdi. Bəşəriyyət xəstəlik təhlükəsi ilə mücadilə apardığı bir zamanda dünya müsəlmanları kimi İslam aləminin ayrılmaz parçası olan Azərbaycan dindarları da dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi çətinliklərin tezliklə aradan qalxması, Yer üzündə salamatlıq, əmin-amanlığın hökm sürməsi üçün dualar etdilər, Ramazan ayının oruc, ibadətlərini ixlas və təqva ilə yerinə yetirdilər, evlərində, ailə ocaqlarının başında böyük ümid və imanla Ramazan sevincini yaşadılar. Azərbaycan cəmiyyəti dövlət başçısının «Biz birlikdə güclüyük» şüarı ilə səfərbər oldu. Necə ki Uca Allah Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur ki, hamılıqla Allahın nuruna möhkəm sarılın və ayrılmayın. Ən müqəddəs dəyər olan insan həyatının qorunması yönündə fövqəladə tədbirlər, vaxtında verilmiş qərarlar Allahın köməyi ilə xalqımızı ağır itkilərdən qorudu. Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanımın ölkə vətəndaşlarına ümid və əminlik bəxş edən sosial layihələri, yardımları, səmimi ünsiyyət və müraciətləri dövlət rəhbərinin siyasi iradəsini və xalq-dövlət birliyinin gücünü bariz şəkildə nümayiş etdirir. Azərbaycan liderinin ölkə daxilində və beynəlxalq müstəvidə hümanizm örnəyi Ramazanın mərhəmət abı-havası ilə həmahəng oldu. Cəmiyyətimizin mənən saflaşmasına xidmət edən dövləti əhəmiyyətli addımlar Uca Allaha xoş gedən, xalq tərəfindən təqdir olunan hallardır.

Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və inkişafında əvəzsiz xidmətləri olmuş Ulu Öndər Heydər Əliyev qədirbilən xalqımız tərəfindən bu əziz bayram günlərində rəhmət və ehtiramla yad olunur. Azərbaycan xalqı əmindir ki, Allahın köməyilə, firavan sabahının, dinc sabit həyat və tərəqqisinin zəmanəti müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi qüdrətinin təmini üçün yorulmaz səylər göstərən Prezident İlham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi davamlı islahatlar, xalqın maddi və mənəvi rifahının daha da yaxşılaşdırılmasına yönəlik müdrik dövlət siyasətidir.

Allah-Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımız, Vətənimiz, dünyanın salamatlığı, əmin-amanlığı üçün dualar edirik. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu bayram günlərində dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi iqtisadi çətinliklərin tezliklə aradan qalxmasını, xəstələrin şəfa tapmasını, dünyasını dəyişənlərin rəhmətə qovuşmasını diləyirik. İnşallah, işğal altında olan torpaqlarımızı azad etməyi, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini Allah bizlərə nəsib etsin! Allah müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Savab, ülfət ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi müstəhəb əməllərdəndir.

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, xalqımıza salamatlıq, hər bir ailəyə rifah bəxş etsin! Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi müzəffər qərar versin! Allah Azərbaycan xalqını qorusun! AMIN!”

XƏBƏR LENTİ
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO
Dünya, Təhlil / 16.07.2026 17:33
İranda hakimiyyətdaxili mübarizə – ABŞ-nin təxirə saldığı quru əməliyyatı – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 15.07.2026 22:46
Dini şəxsi mənafeyə çevirənlər kimlərdir? – AMİN - VİDEO
Mədəni / 15.07.2026 10:03
Ayaqqabı təmizləyən Lui de Fünes necə ulduz oldu? – RETRO BAKU - VİDEO
Gündəm, Təhlil / 13.07.2026 17:16
IV Şuşa Qlobal Media Forumu – Azərbaycan Prezidentinin dünyaya ismarışları – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 10.07.2026 16:26
Avropa Parlamentinin türklərsiz Kipr siyasəti – qərəzli və təhrif olunmuş yanaşma – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 09.07.2026 17:07
Suriyanın inteqrasiyası – Trampın Şaraa sevgisi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.07.2026 13:17
Moskva körpüləri yandırır – TƏHLİL - FOTO
Dünya, Hərbi, Təhlil / 06.07.2026 17:43
Türkiyəyə üz tutan NATO Sammiti – alyansdaxili ziddiyyətlər – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 03.07.2026 16:54
Paşinyanın müxalifəti təmizləmək işi – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 02.07.2026 17:50
Gürcüstanın Mərkəzi Asiyaya üz tutması – TDT-nin etibarlı istiqaməti – TƏHLİL - FOTO
Dünya, Təhlil / 01.07.2026 16:15
ABŞ-İran danışıqlarına mane olan əllər – TƏHLİL - FOTO
Dünya, Təhlil / 30.06.2026 16:04
“Ana Ermənistan” – 102 saylı bazadan xilas olmaq hədəfi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 29.06.2026 16:50
Mümkünsüz görünən ABŞ-İran sülhü – Sepahın oynadığı baş rol – TƏHLİL - FOTO