Hadisə 19.11.2020 19:26

ANAMA direktoru: “Ərazilərin minalardan təmizləməsi üçün 10-13 il lazımdır” - VİDEO

Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk edərkən əsas obyektləri – elektrik xətlərini, su ehtiyatlarını, habelə qəbiristanlıqları minalayıblar.

Rakus.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov tanınmış jurnalist Həmid Həmidovun “Telegram” kanalına verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, bütün bu fəaliyyətlər Azərbaycanın dinc əhalisinə qarşı yönəldilmişdir ki, qanuni torpaqlarına qayıdan və dünyasını dəyişmiş yaxınlarını ziyarət etmək istəyən insanlar partladılsın.

“Biz Cəbrayıl rayonundan, hansı ki, hər şeyi əyani şəkildə gördük, eləcə də Füzuli və Zəngilan rayonlarından bəhs edirik. Bundan sonra Hadrut, Kəlbəcər və Laçın rayonları təhvil veriləcək, ermənilərin tələ qurmağa çox vaxtları var. Əməkdaşlarımız artıq onların bir çox müxtəlif növlərini aşkarlayıblar”, –  Q.Əhmədov bildirib.

O, düşmənin həm tank əleyhinə, həm də piyada əleyhinə yüz minlərlə mina quraşdırdığını qeyd etdi və iki gün əvvəl birinin ölümü, digərinin yaralanması ilə nəticələnən iki qardaşın minada partlamasını xatırladı. ANAMA direktorunun sözlərinə görə, bu kontaminasiyadan, yəni ərazinin minalarla dolu olmasından xəbər verir.

Minalanmış ərazilər və onların təmizlənməsinin vaxtı barədə danışan Q.Əhmədov hazırda yol xəritəsi hazırlandığını söylədi. O, bildirib ki, təxminən 14 min kvadrat km ərazi təmizlənməlidir. Bunlardan 3000 kvadrat km-i təhlükəli hesab edilmir;  bunlar asfalt yollardır. Təxminən 7 – 8 min kvadrat km-i döyüş sahəsidir və təxminən 4000 kvadrat km-i isə digər ərazilərdir.

ANAMA direktoru döyüş sahələri ərazisinin partlamamış hərbi sursatlardan təmizləmək üçün 5-6 il, minalardan təmizləmək üçün isə 10-13 ilə qədər vaxt lazım olduğunu bildirib.

Ramella

XƏBƏR LENTİ
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO
Dünya, Mətbuat / 08.09.2026 10:20
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür
Dünya, Siyasi, Təhlil / 07.09.2026 16:37
ABŞ-Rusiya görüşü Ukraynaya sülh gətirəcəkmi? – TƏHLİL - FOTO
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO