Kriminal 24.10.2019 16:47

Anamızı öldürdülər, indi bizi öldürmək istəyirlər – QALMAQAL - FOTO

 

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin ofisində Xaçmazda fəaliyyət göstərən “Arzu” Özəl Ticarət Mərkəzinin sifarişlə qətlə yetirilən sahibəsi Nəcimə Babayevanın övladları mətbuat konfransı keçiriblər.
Rakus.az xəbər verir ki, Gülnarə və Fuad Həbibovlar analarının qətlinin sifarişçisi və killer haqda baş prokurora müraciət etdiklərini açıqlayıblar.

Gülnarə Həbibova analarının qətlinə qədər ona qarşı atılan qərəzli addımların bu gün onlara qarşı atıldığını bəyan edib:

“Mənim müraciətim Azərbaycan dövlətinədir. Azərbaycan dövləti mənim vətəndaş olaraq mülkiyyət hüququmu təmin eləsin. Azərbaycan dövləti Əmlak Komitəsinin sifətində mən Gülnara Həbibovaya 1182608 nömrəli Çıxarış verib. Həmin Çıxarış mənim mülkiyyət hüququmun Azərbaycan dövləti adından tanındığının təsdiqidir. Ona görə də mən bu gün Azərbaycan dövlətindən kömək istəyir, əmlakıma olan və yaxın günlərdə planlaşdırılan qəsdin – böyük bir cinayətin qarşısının alınmasında yardım istəyirəm”.
Gülnarə Həbibova deyib ki, Xaçmazda onlara məxsus bazarın əllərindən alınmasına çalışan şəxslərin dairəsini bilməyən yoxdur:
“Bir neçə gün əvvəl bazarımızın ərazisini – baxın, mülkiyyət hüququnu təsdiqləyən bu sənəddə göstərilən ərazidən söhbət gedir – məhkəmənin xüsusi qərardadı əsasında hasara almışıq.
Amma indi hasarın sökülməsinə hazırlıq gedir. Bizim – mənim və qardaşlarımın həyati təhlükəsi var. Bunu sıradan bir söz olaraq demirəm. Anam Nəcimə Babayevanı məhz bu bazara görə sifarişlə öldürüblər. İndi isə bizim əmlakımıza və həyatımıza qəsd hazırlanıb.
Ay Azərbyacan dövləti bizi ölümdən qurtar, Azərbaycan dövləti, bizim mülkiyyət hüququmuza qəsdin qarşısını al!
2019-cu ilin martına qədər dözüb susmuşuq. Anam Nəcimə Babayevanın qətli ilə bağlı təfərratları ictimailəşdirməmişik. Düşünmüşük ki, dövlət gez-tez bu məsələnin üstünü açacaq. Bütün bu illər ərzində anamızın qətli barədə danışmamağımızın səbəbi istintaq orqanının israrlı şəkildə bizdən gözləməyimizi xahiş etməsi idi. Vəd olunmuşdu ki, qatil və sifarişçi tapılaraq istintaqa cəlb ediləcəklər. Lakin bu baş vermədi, əvəzində isə 2017-ci ilin aprelindən etibarən bizim ailəmizə qarşı təxribatlar başlayıb və bu gün də davam edir.
Ailəmizə məxsus və Xaçmazda yerləşən bazarda 13 yaşından anası Cəmilə Sadıxovaya kömək edən Qurban Sadıxovu bizə qarşı qoyublar. Bu adam orta təhsilidir. Ondan sadəcə istifadə edirlər. Qurban Sadıxov hansı işlərin içinə girməsinin mahiyyətini anlamadan barəmizdə hazırırlanan məktublara imza atdı. Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, DTX və digər dövlət qurumlarına əsassız şikayətlər göndərilirdi. Hətta bizim guya onun 290 min manatlıq məbləğində xırda mallarını talamağımız barədə Sumqayıt İnzibati İqtisadi Məhkəməsində iddia qaldırdı. Həmin iddia AR Ali Məhkəməsinin qərarı ilə rədd edildi. Dövlət qurumlarına yazılan məktublar üzrə də araşdırmalar göstərdi ki, Qurbanın bütün iddiaları sırf əsassızdır. Bütün bu iddialar hələ anamın sağlığında onun əleyhinə yazılan və eyni mərkəzdən idarə olunanmasına şübhə etmədiyimiz şikayət məktublarının eynisidir.
Bildirirəm ki, anam Nəcimə Babayevanın sağlığında, 2007-ci ildən qətlə yetirilən günə  – 15 sentyabr 2010-cu ilə qədər ona qarşı eyni məzmunlu şikayətləri Şəmsəddin Xanbabayevin sabiq 1-ci müavini Akif Mərdanovun təşkilatçılığı və hətta özünün şəxsi imzası ilə yazılırdı.
Digər tərəfdən yazdığı satirik şeirlərə görə Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin və Akif Mərdanovun təlimatları ilə bir qrup öyrədilmiş şəxs anam barədə Xaçmaz Rayon Məhkəməsinə əsassız iddialar verirdilər. Anamdan 250 min manat təzminat tələb edir, bazarın guya antisanitar şəraitə görə bağlanılmasını tələb edirdilər.
12 il əvvəl anamdan 250 min manat tələb edənlər, anama qarşı şər-şəbədə düzüb qoşanlar bu gün də bizə qarşı etni addımları atırlar. Qurban Sadıxov da bizdən  – Nəcimə Babayevanın övladlarından 298 min manat tələb edir.
Anamı qanunsuz olaraq məhkəmələrə çəkirdilər, ondan şikayətlər yazılmasını təşkil edirdilər, indi də həmin proses bizə qarşı gedir. Ötən 12 il ərzində taktika dəyişməyib. Anam Nəcimə Babayevaya qarşı qanunsuz, dövlətin gücündən istifadə edilməklə atılan addımlar bu bizlərə – onun övladlarına qarşı atılır.
Sadəcə istifadə olunan adamlar dəyişir. Əvvəllər Akif Mərdanov ortalıqda idi. Bu gün isə Qurban Sadıxov ortadadır. Bazarın bir kənarında olan “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinə onu direktor təyin ediblər. Həmin gün də bazara çəkiliş qrupu göndərildi. Maraqlıdır ki, Qurban Sadıxov 2017-ci ilin avqustunda bazardakı piştaxtası ilə bağlı yaranmış mübahisə zamanı məhz “Kanal 24” internet tərəfindən qərəzli çəkiliş aparmışdı. İndi də planlı şəkildə həmin kanal dəvət olunur, Qurban Sadıxov böyük bir qışqır-bağır salaraq bizi anamın qətlində ittiham edir və bunu çəkiliş internet üzərindən yayımlanır. Halbuki biz öz qanuni ərazimiz – baxın, dövlətin bizə verdiyi bu Sərəncamla özəl mülkiyyətimizdə olan ərazini hasarlamağımızın qarşısını almağa yönəlik addımlar atırdıq.
Qurban Sadıxov bizə böyük bir böhtan atıb.
KİV-də açıq-aşkar deyib ki, guya biz Nəcimə Babayevanın  övladlarının anamızın ölümündə əli var. Qurban Sadıxovdan 7 il əvvəl eyni ittihamı Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev dilə gətirib. https://musavat.com/news/xacmazin-icra-bascisi-danisdi_120658.html KİV-də bu haqda fikirləri ilk dəfə Şəmsəddin Xanbabayev deyib. İndi isə eyni fikirlər Qurban Sadıxovun ağzı ilə deyilir. Biz Qurban Sadıxovun barəsində Xaçmaz Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında iddia verdik. Bizə böhtan atdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb etdik. Məhkəmədə olduqca biabırçı vəziyyət yarandı. Hakim İlkin Xəlilov bizi dinlədi, Qurban Sadıxovdan soruşdu ki, işin məhkəmə baxışına çıxarılmasını münasibəti necədir. O da, vəkili də dedilər ki, etiraz etmirlər. Biz də iddiamızı müdafiə etdik. Hakim müşavirəyə getdi və gəlib iddianın baxılmasına rədd olması haqda qərardad elan elədi. Halbuki hakim özü də bilirdi ki, tərəflər etiraz etmirsə, iddia icraata qəbul olunmalı idi. Biz həmin qərardadı mübahisələndirəcəyik. Bizə böhtan atan Qurban Sadıxovun cəzalandırılmasını sona qədər tələb edəcəyik.
Azərbaycan dövlətindən xahişimiz budur ki, Xaçmazda bizə qarşı baş verən cinayətlər araşdırılsın, anamız Nəcimə Babayevın qətl işi  – sifarişçi və qatil – hansılar ki, kimlikləri haqda baş prokuror Zakir Qaralova rəsmi məlumat vermişik, açılsın.
 Siz təsəvvür edin ki, 2017-ci ildə mənə, yəni Gülnara Həbibovaya qarşı saxta əsasla Xaçmaz rayon prokuroru Elxan Əbdülrəhmanlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə qərəzli şəkildə cinayət işi başlatdı.
Müxtəlif bəhanələrlə cinayət işinin araşdırılmasını 2 il uzatdı, 2019-cu ilin yanvar-fevral aylarında E.Əbdürrəhimov G.Həbibovanı aldadaraq təqsirləndirilən şəxs elan edərək işi məhkəmə göndərmək üçün cəhd etdi,  G.Həbibovanın təcili ölkə hüdudlarını tərk etməsi bu planları boşa çıxartdı. Yalnız 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasınınaş Baş Prokuroru cənab Zakir Qaralovun qəbulunda olduqdan 2 ay sonra – sentyabrın 27-də işdə cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilib. Cəmi 12 gün sonra həmin cinayət işinin əsas fiqurantı olan Qurban Sadıxov “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinə direktor təyin olundu. Məhz bu məqam növbəti dəfə təsdiqləyir ki, bizə – anam Nəcimə Babayevanın ölümünə qədər aparılan, sonra da biz övladlarına qarşı davam edən təqiblər eyni mərkəzdən idarə olunur.
Anam “Arzu” Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın qətlindən 9 il ötməsinə baxmayaraq ölüm işi açılmamış qalır.
İstədikləri də budur ki, biz susaq, anamızın qətlinin üstünün açılmasını tələb etməyək, bazarı da aparıb Şəmsəddin Xanbabayevin istədiyi adamlara təhvil verək.
Buna görə də bizim canımıza qəsd etmək planları var. Öldürməsələr şərləyib həbsə atdırmaq, bazarı ələ keçirmək istəyirlər.
Bir daha Azərbaycan dövlətinə səslənirəm, Biz anamızın Rusiyanın konkret hansı şəhərindən kimin sifarişi ilə gətirilən killer tərəfindən öldürülməsi barədə məlumat əldə etmişik və hüquq-mühafizə orqanlarından cinayət işinin açılması üçün əməli tədbirlər görmələrini gözləyirik.
Aprelin 1-də artıq 80 yaşı tamam olmuş, 16-cı ildir ki, Xaçmaz rayonunun icra başçısı işləyən Şəmsəddin Xanbabayev son 12 il ərzində sağlığında anama, indi isə ailəsinə zülüm etməkdən başqa ayrı işi olmadı. Bu illər ərzində sahibi olduğumuz ticarət mərkəzini əlimizdən almaq üçün ən iyrənc üsullara əl atdı və bu  gün də özünəməxsus siması ilə öz ampluasındadır. Bizə qarşı, ailəmizə qarşı hardan bir təhlükə yaranırsa mütləq qaydada arxasından Şəmsəddin Xanbabayev çıxır. Son günlər baş verənlər bir daha buna sübutdur.
Belə ki, Sumqayıt Appelyasiya Məhkəməsinin 17 avqust 2019-cu il tarixli qərardadının tələbi olaraq , bizim mülkiyyətimizdə olan qeyri-yaşayış və torpaq sahəsində hörülmüş  hasarın sökülməsinə hazırlıq gedir. İcrası bitmiş və bu barədə müvafiq akt bağlanmış icranın təmini tədbirinin guya mümkünsüzlüyü haqda Sumqayıt Appelyasiya Məhkəməsində tam qanunsuz olaraq izah prosesi təyin olunmuş və məhkəmə iclası oktyabrın ayının 25-nə təyin olunmuşdur. Burada yeganə məqsəd Qurban Sadıxov kimi öyrədilmiş adamların vasitəsilə orada iğtişaş törədərək bizi təxrbata çəkmək, beləliklə ailəmizin məhvi ilə bağlı yarımşıq qalmış planı tamamlamaqdır. Keşmiş təcrübə göstərir ki, Elxan Əbdürrəhmanlının prokuror olduğu rayonda heç kim Qurban Sadıxovun törədəcəyi qanunazidd əməllərə hüquqi qiymət verməyəcək. Nəzərə alsaq ki, bütün bu iyrənc oyunların başında Xaçmaz rayonunu az qala öz şəxsi mülkiyyətinə çevirməsinə baxmayaraq illərdir Xaçmaz mərkəzi bazarını ələ keçirə bilməyən Şəmsəddin Xanbabayev  dayanıb, məsələ aydın olur.
Bizim – mənim və qardaşlarımın həyati təhlükəsi var. Bunu sıradan bir söz olaraq demirəm. Anam Nəcimə Babayevanı məhz bu bazara görə sifarişlə öldürüblər. İndi isə bizim əmlakımıza və həyatımıza qəsd hazırlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO