Elm və təhsil 23.11.2023 18:37

ASKEF üzvlərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri – I YAZI - FOTO

ASKEF-in (Avroasiya Sanat Kultur Edebiyyat ve Bilim Federasyonu) təşkilatçılığı ilə bir qrup Azərbaycan ziyalısı bu il noyabrın 8-dən 16-dək Şimali Kipr Türk Cümhuriyyətinə səfərdə olub.

Rakus.az araşdırmaçılar Əli Vəliyev ilə Vüqar Abduyev səfərlə bağlı 1-ci yazısını təqdim edir:

“Artıq neçə vaxtdır hazırlaşdığımız gün gəlib çatdı və biz Bakı-Ankara-Antalya- Şimali Kipr Türk Cümhuriyyəti marşrutu ilə səyahət üçün 08 noyabr saat 08 radələrində H.Əliyev adına Beynəlxalq Hava Limanında Ankaraya uçmaq üçün toplaşmağa başladıq. Mən ağsaqqalımız, görkəmli ziyalımız, şəhid atası, şair Nizami müəllim Elyanarla birlikdə hava limanına gələndə artıq bir neçə nəfər orada idi və dəstənin digər üzvlərinin tam toplaşmasını gözləyirdilər. Whatsapp qrupunda saat 07-də hava limanında olmağı məsləhət görən ASKEF-in Azərbaycan və Orta Asiya başqanı Sona xanım gecikirdi. Hamımz narahat idik. İradə xanım zəng edəndə başqanın artıq çatdığını bildirdi. Hamımız yeni gələn üzvlərimizlə tanış olduq və qeydiyyata getdik. Bu vaxt məlum oldu ki,  hava limanında hörmətli qazimiz, ehtiyatda olan polkovnik Elmar müəllim Hüseynovun qeydiyyatını səhv ediblər və artıq hava limanının işçilərinə görə Elmar müəllim qeydiyyatdan keçib və yükü də baqaja gedib. Araşdırma başladı və bizimlə bir qrupda yer alan həkim Kəmalə xanımın oğlu Natiq bəy qısa zamanda məsələni həll etdi. Beləliklə biz artıq nahar zamanı Türkiyə Cümhuriyyətinin baş kəndi Ankarada idik. Axşam Antalyaya gedəcəyimizdən hələ bir neçə saat vaxtımız olduğunu nəzərə alıb Ankaranı gəzmək qərarına gəldik. Ankaranın mərkəzində Qızıl ay mərkəzində diqqətimizi çəkən QIZIL AYIN işçilərinin parka gələnləri könüllü qan verməyə dəvət etməsi oldu. Həm radio qovşağı vasitəsi ilə həm də işçilərin hündür səslə dəvətinə cavab olaraq kifayət qədər insan gün ərzində könüllü qan verirdi.  Biz axşam saatlarında Ankaradan avtobusla Antalyaya yola düşdük. Səhər saat 09 radələrində ASKEF-in Genəl Başkanı Savaş bəy Ünsal başda olmaqla dostlarımız bizi qarşladılar. Olduqca mehribancasına görüşmədən sonra öz avtobusumzla Daşucuna tərəf yol başladıq.

Biz 22 nəfərlik bir nümayəndə heyəti ilə Şimali Kipr Türk Cümhuriyyətində Zəfər Bayramımızın, Bayraq Günümüzün, Türk Cümhuriyyətinin yaradılmasının 100 illiyinin və Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 40 illiyinin qeyd edilməsi üçün yola çıxmışdıq. Bizimlə bərabər bir çox dövlətlərdən gəlmiş 55 nəfər nümayəndə heyəti də bu tədbirlərə qatılmışdı. İrəlidə bizi maraqlı hadisələr gözləyirdi. ASKEF-in Genəl Başqanı Savaş bəy Ünal proqramımızı tam hazırlamışdı. Bilirdik ki, Savaş bəy bu tədbirimizi də əvvəlki tədbirlər kimi yüksək səviyyədə təşkil edəcək. Öncədən onu da deyək ki, biz buna nail olduq. Həm də məqsədimiz ŞKTC-nin tarixi, Osmanlı dövründə və sonralar adada baş verənlər və tarixi yerləri gəzmək idi.

Biz Mersinin Silifke ilçəsində yerləşən Daşucu limanına gəldik. Burada iki saatdan artıq limanı gəzdik və maraqlı məqamlarla astlaşdıq. Burada çoxlu maraqlı heykəllər və limana bağlanmış, ancaq yeməkxana və motel kimi fəaliyyət göstərən kiçik tutumlu gəmilərə rast gəldik. Bu gəmilərin girişlərində müxtəlif növ reklamlar vardı. Saat 23 olduğundan çox yer bağlı idi və biz ancaq bunları kənardan seyr etdik.

Gecə bizi maraqlı bir sürpriz də gözləyirdi. Biz öz avtobusumuzla Türkiyə Cümhuriyyətinin gömrük məntəqəsinə gəldik. Avtobusdan yükləri götürüb rahatca gömrük məntədələrini keçdik. Avtobus isə gəminin yük anbarına yerləşdirildi. Gecənin sürpirizi isə bizi ŞKTC-ə keçirəcək gəmi idi. Buna gəmi demək mümkünsə. Biz saat 23-59 da yola düşməli idik. Ancaq gəmi təxminən gecə saat 3-də yola çıxdı. Biz səhərə kimi oturaraq yol getməli idik. Salondakı mazut iyi və narahat, çırıq, dar oturacaqlar bizə əməlli başlı cəhənnəm əzabı çəkdirdi. Bizimlə bərabər yaşlı və uşaqlı şərnişinlərin olmasına baxmayaraq əzablı bir gecə keçirdik. 10 noyabr səhər saat 8 da ŞKTC-nin Girne şəhər limanında olmalı idik. Anaq saatda 12-20km-lə gedən “gəmi” saat 13-də Girneyə çatdı və biz saat 18 Levkoşada Atatürk kultur və sənət mərkəzində planlaşdırılmış rəsm sərgisinə çatmalı idik. Tez-tələsik otelə çatdıq və saat 18-də rəsm və sənətkarların düzələltdikləri müxtəlif əl işləri sərgisinə gəldik. Tədbirin açılışında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar cənabları, ASKEF-in Genəl Başqanı Savaş bəy Unal, Azərbaycan-Kıprıs Dostluq Cəmiyyətinin sədri Orxan bəy Həsənli çıxış edərək Türk dövlətlər birliyindən, xalqlarımızın əbədi dostluğundan, Türk dünyası sənət və bilim adamlarının tez-tez bir araya gəlməsindən, Azərbaycanda qeyd edilən 8 Noyabr Zəfər Bayramının və Bayraq gününün, Türk Cümhuriyyətinin yaradılmasının 100 illiyinin və Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 40 illiyinin qeyd edilməsinin, xalqlarımız arasında mədəni, iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etdilər. Sonra qırmızı lent kəsildi. Dörd ölkəni təmsil edən rəssamların əsərləri iştirakçıların böyük marağına səbəb oldu. İştirakşlar sənətkarların əl işləri ilə tanış oldular və özləri üçün müxtəlif növ hədiyyələr aldılar. Prezidentlə şəkillər çəkildi və Azərbaycandan gələn yazarlar öz kitablarını prezidentə hədiyyə etdilər.

Mərkəzin konsert salonunda gözəl bir konsert təşkil edilmişdir. ASKEF-in başqan yardımçısı Nilgün xanım Seçenin aparıcısı olduğu konsertdə Azərbaycandan Samir bəy Abdullayev, Bolqarıstandan xalq sənətçisi Fəxriyyə xanım Güney, Türkiyədən aşıq Zübeyr bəy Daraş, Avstriyadan nadir səsə malik  sənətkar İzabel xanım Ergülın mahnıları alqışlarla qarşılandı. ASKEF-in Azərbaycan və Orta Asiya başqanı Sona xanım İsmayılovanın, şair Nizami Elyanarın, ehtiyatda olan polkovnik, qazımız, AVMVİB-nin səlahiyyətli nümayəndəsi Elmar müəllim Hüseynovun, həkim Mustafa bəy Seçenin çıxışları olduqca maraqla qarşılandı. İştirakçılardan ən gənc olan Yusif Abdullalı konsert zamanı bütün texniki işlərdə kömək etdi. Sərgidə iştirak edən rəssam və sənətçilərə sertifikatlr təqdim olundu. Biz gecə saatlarında mehmanxanaya qayıtdıq. Beləliklə də ŞKTC-də ilk günümüz başa çatdı”.

Əli Vəliyev

Vüqar Abduyev

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO