Gündəm 11.10.2019 18:16

Azərbaycan Yaxın Şərqdə turizmi təbliğ edir

Azərbaycan Turizm Bürosu əsasən Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə tanınmış “Wego” onlayn turizm platforması ilə əməkdaşlığa başlayıb.

Rakus.az xəbər verir ki, buna münasibətini bildirən Azəbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycana son illərdə Yaxın Şərqdən gələnlərin sayında ciddi artımın müşahidə olunduğunu qeyd edib.

Florian Zenqstşmid bu əməkdaşlığın gələcəkdə Avropa və Asiya sərhədində yerləşən, Şərq və Qərbin unikal vəhdəti olan Azərbaycana daha çox turistin səfər etməsinə səbəb olacağını diqqətə çatdırıb.

O, 2018-ci ildə ölkəyə Körfəz ölkələrindən olan 200 mindən çox turistin gəldiyini və bu rəqəmin əvvəlki ilə nisbətdə 30% artım sayıldığını qeyd edib.

“Wego” platformasının Yaxın Şərq və Hindistan üzrə direktoru Mamoun Hmedan əməkdaşlığa münasibətini bildirərək Azərbaycanın Yaxın Şərq və Şimali Afrika üzrə ən yaxşı 3 destinasiyadan biri sayıldığını qeyd edib və 2019-cu ildə ötən ilə nisbətdə Körfəz ölkələri səyahətçiləri tərəfindən  Azərbaycan haqda onlayn axtarışların 60% artdığını bildirib.

O, son illər keçirilən beynəlxalq yarışların, istirahət üçün unikal turizm infrastrukturunun, həmçinin qida çeşidlərinin bolluğunun Körfəz ölkələri səyahətçiləri üçün Azərbaycanı cəlbedici ölkəyə çevirdiyini vurğulayıb.

Qeyd edək ki, 52 ölkədə nümayəndəliyi olan, veb saytı 20 dildə fəaliyyət göstərən, eyni zamanda tətbiqetməsi 16 milyondan çox insan tərəfindən istifadə edilən “Wego” hotel və uçuşlar üzrə fəaliyyət göstərən 700 saytda baş verən prosesləri real vaxtda istifadəçilərinə təqdim edir.

XƏBƏR LENTİ
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO
Dünya, Təhlil / 16.07.2026 17:33
İranda hakimiyyətdaxili mübarizə – ABŞ-nin təxirə saldığı quru əməliyyatı – TƏHLİL - FOTO
Gündəm, Təhlil / 13.07.2026 17:16
IV Şuşa Qlobal Media Forumu – Azərbaycan Prezidentinin dünyaya ismarışları – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 10.07.2026 16:26
Avropa Parlamentinin türklərsiz Kipr siyasəti – qərəzli və təhrif olunmuş yanaşma – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 09.07.2026 17:07
Suriyanın inteqrasiyası – Trampın Şaraa sevgisi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.07.2026 13:17
Moskva körpüləri yandırır – TƏHLİL - FOTO
Dünya, Hərbi, Təhlil / 06.07.2026 17:43
Türkiyəyə üz tutan NATO Sammiti – alyansdaxili ziddiyyətlər – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 03.07.2026 16:54
Paşinyanın müxalifəti təmizləmək işi – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 02.07.2026 17:50
Gürcüstanın Mərkəzi Asiyaya üz tutması – TDT-nin etibarlı istiqaməti – TƏHLİL - FOTO
Dünya, Təhlil / 01.07.2026 16:15
ABŞ-İran danışıqlarına mane olan əllər – TƏHLİL - FOTO
Dünya, Təhlil / 30.06.2026 16:04
“Ana Ermənistan” – 102 saylı bazadan xilas olmaq hədəfi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 29.06.2026 16:50
Mümkünsüz görünən ABŞ-İran sülhü – Sepahın oynadığı baş rol – TƏHLİL - FOTO
Dünya, Təhlil / 25.06.2026 16:41
Fransanın cinayətkar hərəkətləri – Parisin cani erməni sevdası – TƏHLİL - FOTO
Dünya, Təhlil / 24.06.2026 17:51
ABŞ-nin Havana təhdidləri – Venesuela variantına hazırlıq – TƏHLİL - FOTO
Təhlil / 23.06.2026 15:06
Brexit də baş verdi, Britaniya da dağılmadı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 22.06.2026 17:46
ABŞ və İranın yol xəritəsi – dayanmayan normallaşma prosesi – TƏHLİL - FOTO
Təhlil / 19.06.2026 17:19
Moskvanın itən qüdrəti – Rusiya üçün dirilik suyu – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 11.06.2026 17:25
Qaçqınlıq və məcbur köçkünlük – dünya güclərinin toqquşan maraqları – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 10.06.2026 15:16
Afina ilə Parisin müdafiə sazişi – Türkiyənin etirazı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 08.06.2026 15:02
Müctəbadan sonra İranın rəhbəri Pezeşkian deyilsə, kimdir? – TƏHLİL
Gündəm, Mətbuat / 05.06.2026 17:32
“Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki…” - FOTO - VİDEO
Hərbi, Mətbuat / 04.06.2026 16:04
Yarımçıq qalan müqəddəs missiya – Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 13:12
Şəhid jurnalistin məzarı 5-ci ildönümündə ziyarət olunub - FOTO
Gündəm, Mədəni, Mətbuat / 04.06.2026 10:22
“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 08:00
Həqiqət izində həqiqətin axtardığı ADAM - FOTO