Elm və təhsil 28.02.2025 22:41

“Cıvıxlılar qədim Baharlar türk tayfasının əsgərləri olublar” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Biz Qaraqoyunlu dövlətinin Cıvıxlıdakı varisləri idik” adlı veriliş Göyçə mahalı, Qaraqoyunlu dərəsi, Çəmbərək rayonunun Cıvıxlı kənd sakini Mahir Məsimovun   həyat hekayəsinə həsr olunub.

O, 1959-cu ildə doğulduğunu, uşaqlığının 250 bulağı olan gözəl təbiətli doğma kənddə keçdiyini deyib: “Uşaqlıqda çox xoşbəxt həyat yaşamışıq. Kəndimizin dağ olaraq ən yüksək zirvəsi Kirkitli dağı idi. Ondan sonra Göyçə mahalı başlayırdı. Uşaq və gənc yaşlarında dağların başına çıxardıq, əyri, qıvrım yollarda, çəmənliklərdə,  meşələrdə gəzər, şəlalələri seyr edər, bulaqlardan su içərdik”.

Onun sözlərinə görə, kəndin tarixi çox qədimdir: “Biz Qaraqoyunlu dövlətinin, Baharlar türk tayfasının qalıqlarıyıq. Kənd salındığı 1700-cü illərdən sırf türklər yaşayıb. Oranın başqa millətlərə heç bir aidiyyəti yoxdur. Kənddə qədim alban kilsələri, abidələri, uzunluğu 3 metr olan qəbirlər olub. Qədim qəbiristanlığı ermənilər 1960-cı illərdə buldezerlə tamamilə dağıtdılar. Bizə aid olan 150 hektarlıq ərazini Martuni kəndinə verdilər. Dədə Qorquddan qalma qalalardan baxanda qonşu Gölkənd, Yanıqpəyə, Əmirxeyir, Çaykənd, Bəryabad kimi kəndlər görünürdü”.

Cıvıxlı kənd sakini kənddə müəllim işlədiyini bildirib, o dövrdə ermənilərin azərbaycanlılara qarşı təzyiqlərinin və deportasiya siyasətinin şahidi olduğunu bildirib: “1987-ci ilin dekabr ayı idi. Atamın qohumlarından biri Tovuzdan kəndə gələndə ermənilər onun üstünə hücum çəkib öldürmək istəyiblər. Sürücü qapını açan kimi, o, özünü avtobusatan çölə atıb canını qurtarıb. Elə bu ildən bizim ən ağır günlərimiz başladı, rayona gediş-gəliş mümkün deyildi, bizə tamamilə yad olan saqqallı adamlar at oynadırdı. Belə olanda camaat ağsaqqalların iştirakı ilə bir yerdə toplantı və belə qərara gəlindi ki, biz qışa qalsaq kənddən bizim çıxmağımız mümkün olmayacaq. 1988-ci ilin avqust-sentyabr aylarından kəndi tərk edənlər uşaqlarını Sumqayıta, Qazağa gətirdilər. Biz isə Sumqayıta yerləşdik”.

O sonda Vətən həsrətindən danışıb və bildirib ki, mənim üçün Vətən Cıvıxlı kəndi və atamın evidir: “Orada 8-9 nəsil babamın qəbri var. Biz oranı tikib, yaratmışıq. Bunları ermənilər dağıdıblar, biz qayıdıb oranı yenidən tikəcəyik. Mənim kimi, yüz minlərlə azərbaycanlı öz yurduna qayıdacaq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 28-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO