Mədəni 21.03.2019 15:00

Alim Qasımov Parisi ALOVLANDIRDI - FOTO

Parisdə Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Xalq artisti Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub.

Rakus.az xəbər verir ki, konsertdən əvvəl UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov çıxış edərək, xalqımız üçün əziz olan Novruz bayramının dəyərlərindən danışıb. Qeyd edib ki, bu bayram qardaşlıq, barışıq, mehriban qonşuluq və sülh kimi dəyərləri təşviq edir. Xalqların qarşılıqlı anlaşmasına, insan ləyaqətinə hörmətə, mədəniyyətlərin paylaşmasına əsaslanan bəşəri mənəvi həmrəylik sayəsində davamlı sülhə nail olmaq mümkündür.

Bildirib ki, UNESCO-nun yaxınlaşma, dialoq və qarşılıqlı anlaşma kimi missiyasına uyğun olduğu üçün Novruz qurumun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya təqdim olunub və 2009-cu ildə bu siyahıya daxil edilib.

Səfir Novruz bayramında muğam konsertinin təşkil edilməsinin də təsadüf olmadığını vurğulayıb. Muğamın da qurumun “Bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısı”na daxil edilməsindən danışıb.

A.Kərimov dinləyicilərə muğam ustadı Alim Qasımov haqqında məlumat verərək, onun təkcə regionumuzda deyil, eyni zamanda Avropada, eləcə də ABŞ, Kanada, Yaponiya kimi dünyanın bir çox ölkələrində tanındığını bildirib.

Sonda diplomat konsertin təşkilində əməyi olan UNESCO-nun katibliyinə, Azərbaycanın Mədəniyyət Nazirliyinə, UNESCO üzrə Azərbaycanın Milli Komissiyasına, FMİCA və Orta Şərq və Avropa üzrə ixtisaslaşmış Müasir İncəsənət İnstitutuna (SAFPEM) təşəkkürünü bildirib.

Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, bu bayramın baharın gəlməsinin müjdəçisi olmaqla yanaşı, eyni zamanda sülh, dostluq və əmin-amanlığı təbliğ etdiyini vurğulayıb. Nazir müavini Novruz bayramının tarixindən, ölkəmizdə keçirilməsi ənənələrindən də bəhs edib. Muğam musiqisindən, onun nəyə qadir olmasından, hansı kökə, tarixə məxsusluğundan danışıb.

Tədbirdə UNESCO-nun xarici əlaqələr bölməsinin direktoru Genc Seiti, İranın UNESCO yanındakı daimi nümayəndəsi Ə.Calali çıxış edərək Novruz bayramı və muğamdan söz açıblar.

Sonra “Yeddi gözəl” muğam konserti oldu. Zəki Vəliyev (tar), Cavidan Nəbiyev (dəf) və Mirsəid Xavərin (kamança) müşayiəti ilə Azərbaycan Xalq artisti Alim Qasımov “Mahur”, “Şüştər” muğamlarını və “Zabul” üstündə təsniflər ifa edib. Muğam ustadı həmişə olduğu kimi yenə də dinləyicilərin qəlbini fəth edib. Ecazkar ifası ilə musiqisevənlərin ruhunu qidalandırıb.

Xatırladaq ki, ustad və novator sənətkar Alim Qasımov 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülüb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO