Gündəm 22.10.2023 23:25

“Çəmbərək”, “Ardanış” və “İrəvan” adını yarımfinala yazdırıb

Zəfər Günü (8 Noyabr) münasibətilə oktyabrın 22-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turnirinin 2-ci turunda 3 oyun baş tutub.

Rakus.az xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən görüşlərdə B qrupu üzrə  “Çəmbərək” – “Zəngəzur”, A qrupu üzrə “İrəvan” – “Göyçə”,  yenə B qrupu üzrə “Qaraqoyunlu” – “Ardanış” ilə qarşılaşıb.

Bütün görüşlər qrupdan çıxmaq üçün önəm daşıyırdı.

Birinci görüş  “Çəmbərək”in “Zəngəzur” üzərində 9:5 hesablı qələbəsi ilə sonuclanıb.

Qollar: Azad Əliyev 4, Ramiz Hüseynov 2, Tariq Qasımov 1, Ramazan Abbasov 1, Vüqar Hüseynov 1

Sərxan Mustafayev 3, Nurani İsgəndərov 2

22 oktyabr

B qrupu

Saat 19:00

“Çəmbərək” – “Zəngəzur”- 9:5

İkinci qarşılaşma saat 20:00-da start götürüb, A qrupunda liderlik uğrunda mübarizə aparan, ilk turda aktivlərin 3 xal yazdıran “İrəvan” ilə “Göyçə” qüvvələrini sınayıb. Daha aktiv və inamlı oyun nümayiş etdirən “İrəvan” komandası 2:1 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.

Qollar: Rauf Əmiraslanov 2, Tahir Ələsgərov 1.

22 oktyabr

A qrupu

Saat 20:00

“İrəvan” – “Göyçə”- 2:1

Bundan sonra turnirin 2-ci turunun son oyunu keçirilib.

“Qaraqoyunlu” ilə “Ardanış” üz-üzə gəlib. Oyunun əvvəlindən düşən fürsətləri daha dəqiq dəyərləndirən “Ardanış” 4 qol vurub və  xalını 6-a yüksəldib.

“Qaraqoyunlu” birbaşa üstün və baxımlı oyun nümayiş etdirsə də şansı gətirməyib. Buraxdığı toplardan 3-nün əvəzini çıxıb. Lakin oyunda dönüş yaratmaq üçün təzyiqi artırsa da arzusuna çatmayıb. Bununla da ikinci məğlubiyyətini alıb və gələcək şanslarının üstündən xətt çəkib.

Qollar: Emin İmaməliyev 2, Emin Ələsgərov 1, Aqil Qurbanov 1,

Sirac Məmmədli 1, Əli Quliyev 1, Orxan Gülməmmədli 1

22 oktyabr

B qrupu

Saat 21:00

“Qaraqoyunlu” – “Ardanış”- 3-4

Qarşılaşmaları AFFA-nın hakimləri Nail  Nağıyev və Samir Ələsov idarə ediblər.

Bununlada Ənənəvi Futbol Turnirinin 2-ci turu başa çatıb.

Növbəti oyunlar oktyabrın 28-29-da keçiriləcək.

28 oktyabr

III tur

A qrupu

19:30 “Göyçə” – “Loru-Borçalı”

B qrupu

20:30 “İrəvan” – “Qərbi Azərbaycan”

29 oktyabr

B qrupu

19:30 “Qaraqoyunlu”- “Zəngəzur”

20:30 “Ardanış” – “Çəmbərək”

 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO