Mədəni 24.08.2024 10:56

Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş konsert - FOTO

Avqustun 23-də Dədə Ələsgər Ocağı İctimai Birliyinin icra etdiyi “Aşıq Ələsgər irsinin tanıdılması” layihəsi çərçivəsində Nizami Kino Mərkəzində Qərbi Azərbaycanın ustad aşıqlarının yaradıcılığına həsr olunmuş konsert keçirilib.

Rakus.az xəbər verir ki, konsert ziyalıların, mədəniyyət adamlarının, aşıqların, QHT və media nümayəndələrinin iştirakı ilə baş tutub.

Əvvəlcə Vətən yolunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İctimai Birliyin sədri Xətai Ələsgərli bildirib ki, aşıq sənəti Azərbaycanın milli kimliyinin qorunub saxlanılmasında öz dəsti xətti olan xalq sənətidir. Dünya, aşıq sənətini Azərbaycan mədəniyyətinin bir parçası olaraq qəbul edir. Ona görə də Qərbi Azərbaycanda da çox sevilən və Azərbaycanın ustad aşıqlarının əksəriyyətinin vətəni olan bu bölgənin saz-söz ustadlarının təbliğ olunması xalqımızın qərbi Azərbaycana olan münasibətinin bir ifadə formasıdır.

 

Bildirilib ki, layihənin əsas məqsədi Azərbaycan aşıq sənətini qərbi Azərbaycan aşıqlarının timsalında xalq arasında xüsusilədə yeniyetmə və gənclər arasında təbliğ etməkdir. Azərbaycan saz-söz sənəti hazırda da öz bədii təsir gücünü itirməyib, bu günün mədəni inkişaf prosesində onun da öz yeri var. Əgər ənənəvi havacat ancaq yarandığı bölgələrdə səslənirdisə və həmin bölgələr xaricində aşıq sənətini ancaq səfərə çıxmış ayrı-ayrı aşıqlar təbliğ edirdilərsə, bu gün artıq bu qapalılığa son qoyulub. Saz-söz sənəti müstəqil dövlət şəraitində vahid Azərbaycan milli mədəniyyətinin tamhüquqlu tərkib hissəsidir. Saz-söz ocağı olan tarixi-etnoqrafik bölgələrə və sənəti yaşadan ustad aşıqlara diqqət və qayğı, bədii-şifahi ənənələri qoruyub-yaşatmaq hər birimizin şərəfli borcudur.

 

O,.ümummilli lider Heydər Əliyevin Azərbaycanda ozan sənətinin yaşadılması, Dədə Ələsgər yaradıcılığına göstərdiyi dövlət diqqətindən danışıb., bu layihənin donoru olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, eləcə də Dədə Ələsgər yaradıcılığına böyük dəyər verdikləri üçün iştirakçılara minnətdarlığını bildirib.

Sonra Azərbaycanın ozan sənətinin tanınmış nümayəndələri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO