Mədəni 30.03.2025 10:58

Ardanış Kənd İcması Ramazan bayramı tədbiri keçirib - FOTO

Martın 29-da Bakıda, “Şahənşah” Şadlıq Sarayında Qərbi Azərbaycanın Çəmbərək rayonunun Ardanış Kənd İcması tərəfindən Ramazan bayramı münasibətilə iftar süfrəsi tədbiri keçirilib.

 Rakus.az xəbər verir ki, İcmanın İdarə Heyətinin üzvü Əsgər İbrahimov dəyərli qonaqları, iştirakçıları salamlayaraq deyib ki, İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda milli və dini mərasimlər, o cümlədən Ramazan – Orucluq bayramı 1993-cü ildən hər il təntənə ilə, dövlət səviyyəsində qeyd olunur: “Ramazan ayı insanlara Tanrını sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar oruc tutmaqla ifadə olunur. Məhz ən böyük dualar şəhidlərimiz üçün edilir. Ona görə də canlarını qurban vermiş oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmək hamımız üçün böyük şərəfdir”.

Vətən yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Kəndin din nümayəndəsi Kərəm Axundov həm iftar süfrəsinin, həm də şəhidlərimizin ruhuna dualar oxudu.

İftar açıldıqdan sonra Ardanış kənd İcmasının sədri, professor Məhəmməd Kərimov çıxış etdi. O, bugünkü məclisə dəvət olunmuş kəndin şəhid ailələrinin nümayəndələrini, ağsaqqalları, ziyalıları, qaziləri salamladı, bu bayramın əhəmiyyətindən və İcmanın gördüyü işlərdən danışdı: “Bu gün Ramazan günlərini qürur hissi ilə yola salırıq, bayram sevincini məmnunluqla bölüşürük. Ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün diləklər edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu əziz bayram günlərində bütün xeyirxah niyyətlərlə həmrəy olduğumu bildirir, dualarınızın Tanrı dərgahında qəbul olunmasını arzu edirik. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayında müsəlmanlar Allah və din qarşısında öz vicdani borclarını daha dolğun yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar. Orucluq insanları sevindirməklə yadda qalır. Ardanış icması da bunu nəzərə alaraq həmişə imkanı daxilində müxtəlif tədbirlər keçirir, gənclərimizə tələbələrimizə, xəstə insanlarımıza, imkansız şəxslərimizə, yaşlılara kömək etməyə çalışır. Bugünkü məclisimiz də icmanın planlaşdırdığı növbəti tədbirlərdən biridir. Görülən işlərdə kəndimizin iş adamlarının aktiv iştirakı çox sevindiricidir. Biz icmanın fəaliyyətində göstərdikləri dəstəyə görə hər bir ardanışlıya minnətdarıq”.

Sonra şəhid ailələrinin nümayəndələrini maddi yardım və hədiyyələr təqdim olundu. Onlar Ardanış İcması tərəfindən göstərilən diqqət və qayğıya görə ürəkdən təşəkkürlərini bildirdilər.

İş adamı Ziyəddin Əliyev Ardanış İcmasının qısa müddət ərzində gördüyü işləri yüksək qiymətləndirdi, belə tədbirlərin kənd camaatının bir yerə yığışması, xatirələrini bölüşməsi, yeni nəsil gənclərin bir-birini tanıması baxımından çox dəyərli olduğunu söylədi və dedi ki, bu işlərin təşkilində hamı kimi, bizlər də yaxından iştirak etməli, insanlarımızın sevincli günlərinə qovuşması, doğma yurda qayıdış üçün üzərimizə düşən işləri ləyaqətlə yerinə yetirməliyik.

Vurğulandı ki, qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Bu mübarək bayram münasibətilə hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayırıq.
Allah orucunuzu qəbul etsin!

Məclisin yekununda xatirə şəkli çəkdirildi.

   

 

 

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO