Sosial 18.07.2026 13:33

Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir

Bu gün redaksiyamıza Azərbaycanın tanınmış teleaparıcı larından olan Zamirə Dadaşovanın başına gələn hadisə ilə bağlı yazı daxil olub.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

– Mən aidiyyatı qurumlara artıq müraciət etmişəm. Mənim evimə girib mənim malıma zərər vurub hec nə olmamış kimi evdən cıxıb gediblər. “İtaliano Parati” mağazası kimə güvənir? Dərəbəylikdir bəyəm, nə istəyirlər etsinlər? Mən adi, sıradan bir Azərbaycan vətəndaşıyam və dövlətimə, dövlətimin qanunlarına güvənirəm. Bilirəm haqq-ədalət məndən yanadır.
İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova, Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edirəm.

Mən Həsən Əliyev küçəsi 15 ünvanında yerləşən “İtaliano Parati” mağazasından ümumi dəyəri 2300 manat olan divar kağızları almışam.
Divar kağızlarının bir hissəsini bu ilin 22 may, digər hissəsini isə 3 iyul tarixlərində almışam. Hər iki ödənişi nağd şəkildə etmişəm. Buna baxmayaraq, mənə heç bir rəsmi kassa çeki təqdim edilməyib, yalnız qaimə verilib.
Məhsulları Rasif adlı satıcıdan almışam. Satıcı mənə divar kağızlarının xarici istehsal olduğunu, hazırda endirimdə satıldığını və keyfiyyətinə tam zəmanət verildiyini bildirmişdi.
Qeyd edim ki, ümumilikdə üç növ divar kağızı almışam. Onlardan ikisi həqiqətən xarici istehsal olub və heç bir problem yaratmayıb. Lakin xarici istehsal adı ilə mənə satılan digər divar kağızının sonradan yerli istehsal olduğu məlum olub. Həmin divar kağızı vurulduqdan sonra bəzi hissələrində rəng dəyişikliyi və qaralma əmələ gəlib.
Problemlə bağlı satıcı Rasiflə əlaqə saxladıq. O, bunun bir-iki gün ərzində keçəcəyini bildirdi. Bir neçə gün sonra yenidən əlaqə saxladıqda isə mağazadan mütəxəssis göndərəcəklərini dedilər.
Ramin adlı mütəxəssis gəlib baxış keçirdi və divarlarda heç bir problem olmadığını, problemin məhz divar kağızından qaynaqlandığını bildirdi. O, bu barədə mağaza rəhbərliyinə məlumat veriləcəyini dedi. Sonradan mənə bildirildi ki, “İtaliano Parati” mağazası dəymiş zərəri qarşılayacaq, öz ustalarını göndərərək problemli divar kağızlarını yenisi ilə əvəz edəcək. Bu barədə mənim təqdim edə biləcəyim səsli mesajlar da mövcuddur. Videoda həmin səsləri təqdim edirəm və mənzilin əvvəlki və son durumunu da təqdim edirəm.
Lakin 16 iyul 2026-cı il tarixində mağazanın göndərdiyi ustalar mənim evimə gələrək əvvəlki ustalar tərəfindən vurulmuş divar kağızlarını sökdülər. Söküntü başa çatdıqdan sonra isə bildirdilər ki, divar kağızlarını yenisi ilə əvəz etməyəcəklər.
Mən buna etiraz edərək soruşdum ki, əgər divar kağızlarını dəyişmək niyyətiniz yox idisə, ustalarınız mənim evimdə nə üçün söküntü işləri aparıblar? Əgər problem mənim ustalarımdadırsa, bunu əvvəldən niyə bildirməmisiniz? Bəlkə mən həmin qara ləkəli divar kağızları ilə yaşamağa razı olardım? Mən onlara açıq şəkildə dedim: “Mənim pul verib aldığım oboyu sizin ustalarınız hansı ixtiyarla cırıb yerə tökürlər? Əgər dəyişməyəcəkdinizsə, buna nə əsasla müdaxilə etmisiniz?”
Lakin iradlarıma məhəl qoyulmadı. Özünü mağaza müdirinin oğlu kimi təqdim edən Həmid adlı şəxs “Gedib kimə istəyirsiniz şikayət edin” deyərək mənzili tərk etdi. Onlarla birlikdə gələn mütəxəssis də son dərəcə kobud davranır, əvvəl dediyi sözləri inkar edir və etikadan kənar münasibət nümayiş etdirirdi. Həmid adlı şəxs də əvvəl verdiyi vədləri danaraq açıq şəkildə “Nə istəyirsiniz edin, biz bu mənzilin divar kağızını vurmayacağıq” dedi.
Hesab edirəm ki, “İtaliano Parati” mağazası istehlakçı hüquqlarını kobud şəkildə pozmuş, məni aldatmış, keyfiyyətsiz məhsul satmış, verdiyi öhdəlikləri yerinə yetirməmiş, üstəlik nağd ödənişə görə kassa çeki təqdim etməyərək qanunvericiliyin tələblərini pozmuşdur.
Bununla əlaqədar Sizdən xahiş edirəm ki, mənə dəymiş maddi ziyanın, o cümlədən divar kağızına ödədiyim məbləğin və ustalara ödədiyim xərclərin ödənilməsi istiqamətində mənə hüquqi yardım göstərəsiniz;
• “İtaliano Parati” mağazasının istehlakçı hüquqlarını pozması ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edilməsinə kömək göstərəsiniz;
• Baş vermiş hadisə barədə ictimaiyyətin məlumatlandırılması üçün aidiyyəti üzrə media və müvafiq qurumlara məlumat verilməsinə dəstək olasınız ki, digər vətəndaşlar da oxşar hallarla üzləşməsin. Xahiş edirəm, bu özbaşnalıqlara son qoyulsun!

Əvvəlcədən göstərdiyiniz diqqət və köməyə görə təşəkkür edirəm.

XƏBƏR LENTİ
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO
Dünya, Təhlil / 16.07.2026 17:33
İranda hakimiyyətdaxili mübarizə – ABŞ-nin təxirə saldığı quru əməliyyatı – TƏHLİL - FOTO
Gündəm, Təhlil / 13.07.2026 17:16
IV Şuşa Qlobal Media Forumu – Azərbaycan Prezidentinin dünyaya ismarışları – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 10.07.2026 16:26
Avropa Parlamentinin türklərsiz Kipr siyasəti – qərəzli və təhrif olunmuş yanaşma – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 09.07.2026 17:07
Suriyanın inteqrasiyası – Trampın Şaraa sevgisi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.07.2026 13:17
Moskva körpüləri yandırır – TƏHLİL - FOTO
Dünya, Hərbi, Təhlil / 06.07.2026 17:43
Türkiyəyə üz tutan NATO Sammiti – alyansdaxili ziddiyyətlər – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 03.07.2026 16:54
Paşinyanın müxalifəti təmizləmək işi – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 02.07.2026 17:50
Gürcüstanın Mərkəzi Asiyaya üz tutması – TDT-nin etibarlı istiqaməti – TƏHLİL - FOTO
Dünya, Təhlil / 01.07.2026 16:15
ABŞ-İran danışıqlarına mane olan əllər – TƏHLİL - FOTO
Dünya, Təhlil / 30.06.2026 16:04
“Ana Ermənistan” – 102 saylı bazadan xilas olmaq hədəfi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 29.06.2026 16:50
Mümkünsüz görünən ABŞ-İran sülhü – Sepahın oynadığı baş rol – TƏHLİL - FOTO
Dünya, Təhlil / 25.06.2026 16:41
Fransanın cinayətkar hərəkətləri – Parisin cani erməni sevdası – TƏHLİL - FOTO
Dünya, Təhlil / 24.06.2026 17:51
ABŞ-nin Havana təhdidləri – Venesuela variantına hazırlıq – TƏHLİL - FOTO
Təhlil / 23.06.2026 15:06
Brexit də baş verdi, Britaniya da dağılmadı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 22.06.2026 17:46
ABŞ və İranın yol xəritəsi – dayanmayan normallaşma prosesi – TƏHLİL - FOTO
Təhlil / 19.06.2026 17:19
Moskvanın itən qüdrəti – Rusiya üçün dirilik suyu – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 11.06.2026 17:25
Qaçqınlıq və məcbur köçkünlük – dünya güclərinin toqquşan maraqları – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 10.06.2026 15:16
Afina ilə Parisin müdafiə sazişi – Türkiyənin etirazı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 08.06.2026 15:02
Müctəbadan sonra İranın rəhbəri Pezeşkian deyilsə, kimdir? – TƏHLİL
Gündəm, Mətbuat / 05.06.2026 17:32
“Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki…” - FOTO - VİDEO
Hərbi, Mətbuat / 04.06.2026 16:04
Yarımçıq qalan müqəddəs missiya – Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 13:12
Şəhid jurnalistin məzarı 5-ci ildönümündə ziyarət olunub - FOTO
Gündəm, Mədəni, Mətbuat / 04.06.2026 10:22
“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 08:00
Həqiqət izində həqiqətin axtardığı ADAM - FOTO