Qərbi Azərbaycan həqiqətləri: Ardanışın unudulmuş Azərbaycan tarixi - FOTO - VİDEO
“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, növbəti material Göyçə mahalının, Çəmbərək (Krasnoselsk) rayonunda yerləşən Ardanış kəndi haqqındadır.
Süjetdə bildirilir ki, Rusiya imperiyası mənbələrində kənd Ardanış, sovet dövründə isə Artaniş adları ilə qeyd edilir. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir. Kənd haqqında qeydlərə XVIII əsr Osmanlı mənbələrində rast gəlinir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub. ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub. 1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib.
Diqqətə çatdırılır ki, sənədə salınmış məlumatlara əsasən, Ardanış kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 119 nəfər yaşayıb. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1915-ci ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
Adları: çar dövründə – Ardanic, Ardanış, Ordaniç
sovet dövründə – Artaniş, Artanuş

“Perished civilization” da “Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Ardanış (indiki Artaniş) azərbaycanlı kəndinin tarixi haqqında araşdırma dərc edib. Məqalədə deyilir ki, çarizm dövründə Ardanic, Ardanış, Ordaniç, sovet dövründə Artaniş, Artanuş adlanan kənd 1995-ci ildən Ermənistanın Geğarkunik vilayətinin tərkibindədir. Kənd haqqında qeydlərə XVIII əsr Osmanlı mənbələrində rast gəlinir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub. 1827-ci ildə Rusiyanın İrəvan xanlığının ərazisini işğal etməsi, sonradan isə 1828-ci il Türkmənçay müqaviləsi kəndin Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub.
1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Ardanış kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 119 nəfər yaşayıb.
Ardanış yazılı mənbələrdə erməni silahlı birləşmələri tərəfindən türk əhalisinin kütləvi qırğını haqda məlumatın qeydə alınmadığı azsaylı kəndlərdən biri olub. Kənd 1930-cu ildən Dilican, 1937-ci ildən isə Krasnoselsk rayonlarının tərkibində olub. Erməni mənbələrinin məlumatına görə, 1980-ci illərin sonlarına qədər müxtəlif vaxtlarda kəndin ərazisində yalnız və ya, əsasən, azərbaycanlılar yaşayıblar. 1959-cu ildə kənddə 1417, 1979-cu ildə 2037 nəfər yaşayıb. 1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 144 nəfər yaşayıb. 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kəndin ərazisində bir hissəsinin salamat qaldığı onlarla məzar daşları olan iki azərbaycanlı qəbiristanlığı aşkar edilib.
“Qərbi Azərbaycanın yaddaş yerləri” “AZfront” və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları – qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim edilir.
XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir zərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər”, adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunur.
Bu layihənin videomaterialı oktyabrın 22-də eksklüziv olaraq Baku TV-də yayımlanıb.














