Təhlil 01.07.2019 23:39

ABŞ ilə Türkiyənin raket gərginliyi – 35 dəqiqəlik görüş – TƏHLİL - FOTO

Xəbər verdiyimiz kimi, bu il iyunun 29-da Yaponiyada ABŞ və Türkiyə prezidentlərinin görüşü olub.

Rakus.az xəbər verir ki, görüş “Böyük iyirmilik” (G20) ölkələrinin Osakada keçirilən sammiti çərçivəsində baş tutub.

Donald Tramp ilə Rəcəb Tayyip Ərdoğan Türkiyənin Rusiyadan S-400 raket kompleksi almaq planını, iki ölkə arasındakı strateji münasibətlər və ticarət əlaqələrini müzakirə ediblər.

Donald Tramp Türkiyənin Rusiyadan S-400 raketləri almaq planının “problem olduğunu” deyib və  bildirib ki, bu məsələ ətrafında çətin vəziyyət yaranıb və mümkün sanksiyalar müzakirə olunur.

ABŞ prezidenti qeyd edib ki, onlar müxtəlif həll yolları üzərində işləyirlər.

O bildirib ki, onlar əsasən iki ölkə arasındakı ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər.

“Bizim aramızda böyük ticarət əlaqələri var və biz Türkiyə ilə ticarət dövriyyəsinin 4 dəfə artırılmasını gözləyirik. Onlar mahir ustadırlar, gözəl məhsulları var və biz buna geniş imkanlar yaradacağıq. Biz həmçinin hərbi təlim keçirir, onlar bizdən çoxlu hərbi avadanlıqlar alırlar”,- Tramp deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğansa deyib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 75 miyard dollar civarındadır və biz müdafiə sənayesi sahəsində çoxlu addımlar atmalıyıq: “Ən vacibi isə odur ki, biz strateji tərəfdaşıq.Və strateji tərəfdaşlıq həmçinin bizi bir çox sahələrdə həmrəy olmağa çağırır. Və tam əminəm ki, bizim həmrəyliyimiz davam edəcək”.

Donald Tramp isə vurğulayıb ki, iki ölkə arasında 75 milyard dollarlıq ticarət dövriyyəsi azdır və hesab edirəm ki, bu tezliklə 100 milyard dolları keçəcək.

Görüş, təxminən, 35 dəqiqə çəkib.

Xatırladaq ki, Türkiyənin Rusiyadan S 400 raket kompleksi almaq planı Vaşinqtonun ciddi narazılığına səbəb olub. ABŞ, Türkiyənin bu plandan daşınması üçün Ankaraya iyulun 31-dək vaxt verib. Əks halda Birləşmiş Ştatlar Türkiyəyə F-35 təyyarələrinin satışını dayandıra bilər.

Vaşinqton və onun NATO-dakı müttəfiqləri deyirlər ki, Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi F-35 təyyarələri barədə məxfi informasiyalar əldə edə bilər . Bundan başqa ABŞ və NATO rəhbərlikləri dəfələrlə bəyan ediblər ki, həmin kompleksləri NATO ordusuna uzlaşdırmaq mümkün deyil.

Türkiyə Prezidenti Racep Tayyip Erdogansa dəfələrlə bəyan edib ki, Ankara Rusiya ilə sövdələşmədən imtina etməyəcək.

ABŞ rəsmiləri, Türkiyənin ABŞ istehsalı olan “Patriot” hava-hücumlarından müdafiə sisteminə dönməsini tələb edirlər.

Ərdoğan isə deyib ki, Ankara bunun mümkünlüyünə yalnız o halda baxa bilər ki, Vaşinqtonun bu müqavilə ilə bağlı şərtləri, Moskvanınkı kimi yaxşı olsun.

Son vaxtlar ABŞ-la Türkiyə arasındakı münasibətlərin gərginləşdiyi müşahidə olunur.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO