ABŞ-İran savaşı Azərbaycanın ziyanınadır – DEPUTAT
“ABŞ-in İran siyasətindən də baş açmaq olmur. İran masaya oturmaq istəyir, ABŞ hər dəfə də bir bəhanə ilə bu danışıqlardan imtina edir”.
Rakus.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Ehtimal olunan savaşın fəsadları barədə isə bildirib ki, bütün hallarda İranla savaş ən çox biz Azərbaycanın ziyanınadır. Çünki bölgədə xaosun yaranmasından ən çox əziyyət çəkən azərbaycanlılar, ümumilikdə isə müsəlmanlar olacaq. Azərbaycan hakimiyyəti əslində öz ərazisinin İrana qarşı hərbi plasdarma çevrilməsinə imkan verməməklə ən doğru siyasət izləməkdədir. İndi İranda iqtisadi durum da ağırlaşır, bunun da zərbəsi qonşu ölkə kimi yenə də bizə dəyəcək. Səhiyyə və xırda ticarətlə məşğul olan Azərbaycan əhalisinin müəyyən bir qismi öz tələbatını bu ölkə ilə ödəyir. Ona görə də ABŞ-ın İrana hücum etməməsi üçün biz də diplomatik səylərimizi artırmalıyıq.