Təhlil 17.08.2019 23:39

ABŞ-Çin ticarət müharibəsi – Tramp geriyə addım atır – TƏHLİL - FOTO

ABŞ bu il sentyabrın 1-də qüvvəyə minəcək bəzi Çin idxallarına 10 faizlik yeni tarifi təxirə salır.

Rakus.az-ın məlumatına görə, ABŞ-ın ticarət məsələləri üzrə nümayəndəliyi bildirib ki, laptoplar, kompüter, mobil telefonlar, video oyunlar, bəzi oyuncaqlar, ayaqqabılar və paltarlara tətbiq olunacaq tariflər dekabrın 15-dək təxirə salınacaq. Bu isə Milad bayramı ərəfəsində bu cür hədiyyələr alan ABŞ istehlakçılarının xeyrinə ola bilər.

Yanq Minq yük gəmisi
Yanq Minq yük gəmisi

“Belə görünür ki, Tramp administrasiyası Miladı qurtarmaq istəyir. Bu tariflər bayram alış-verişinin başladığı vaxta təsadüf edəcəkdi. Məncə onlar bunu diqqətli şəkildə nəzərdən keçiriblər və tarifləri təxirə salmağa qərar veriblər. Həmçinin Çinlə artan gərginlik səhm birjasını sarsıdıb və iqtisadiyyatla bağlı narahatlıqları artırıb”, – Associated Press-in müxbiri Pol Vayzmen bildirib.

ABŞ həm də “sağlamlıq, təhlükəsizlik, milli təhlükəsizlik və digər amillər” səbəbilə bir qrup Çin mallarına tarifləri tamamilə qaldırıb.

Lakin ABŞ-ın Ticarət İdarəsi bildirib ki, bir sıra Çin mallarına tariflər tətbiq olunacaq və bu malların siyahısı yaxın zamanda açıqlanacaq.

ABŞ-ın səhm indeksləri bir neçə gün dəyər itirdikdən sonra tariflərin təxirə salınması ilə bağlı xəbərlərdən sonra yenidən artmağa başlayıb.

Prezident Donald Trampın Pekinin ödədiyi tariflər nəticəsində ABŞ büdcəsinə milyardlarla dollar pul daxil olduğunu söyləməsinə baxmayaraq, tarifləri Çin kimi ixracatçılar deyil, ABŞ idxalçıları ödəyir və Amerika şirkətləri adətən tarifin dəyərini digər bizneslər və istehlakçılara satdıqları malların qiymətinə əlavə edir.

Dünyanın iki ən böyük iqtisadiyyatı Çin və ABŞ arasında ticarət danışıqları mübahisəli keçib və Vaşinqtonla Pekin razılıq əldə edə bilməyib.

Ticarət danışıqlarının növbəti raundunun sentyabr ayında ABŞ tarifləri qüvvəyə minməsindən sonra baş tutacağı gözlənilir.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO