Elm və təhsil 18.09.2019 19:18

Azərbaycan dilinin tədrisi artırılmalıdır – Fəlsəfə doktoru

 

“Rus bölmələrində Azərbaycan dilinin saatları artırılmalıdır! Azərbaycanda rus və ya digər dillərdə tədris aparılan bölmələrdə Azərbaycan dilinə rəsmi olaraq 2 saat ayrılır. Bəli, ana dili üçün bu saat çox azdır. Və nəzərə alsaq ki, bu fənni tədris edən müəllimlər də buna ikinci xarici dil kimi baxıb, bir az da laqeyd yanaşdıqları təqdirdə öz uşağımız öz dövlətimizin çörəyin yeyib, suyun içib, ödənişsiz başqa dildə təhsil alıb, öz dilimizi bilməyəcək”.

Rakus.az xəbər verir ki, bunu filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq deyib.

Bildirib ki, bu 2 saatı məhz rus dili və ədəbiyyatının saatları hesabına 5-6 saata qədər qaldırmaq zərürətdir. Bu yaxınlarda valideynlərimizdən birindən bu mövzuda ciddi şikayət eşitdim. Niyə 2 saat, bununla uşaq nə Azərbaycan dili öyrənəcək ki, dedi. Açığl çox sevindim, bu cür iradı birinci dəfə eşidirdim…

Bununla bağlı vacib bir məqama da toxunub:

“O ayrı məsələ ki, deyəcəksiniz, həmin valideynin ürəyi belə yanırdı dilimizə, elə Azərbaycan bölməsinə qoyardı uşağını. Valideyn təhsil mütəxəsisi deyil və yanlış edə bilər və ya hansısa bir səbəbdən başqa bölməni seçə bilər. Amma gərəkdir ki, metodistlər neçə illərdir, bu məsələni qabardardılar. Düzdür, Təhsil Qanununda “Azərbaycanda başqa dildə təhsil verən məktəblər, hökmən Azərbaycan dili, tarixi, coğrafiyasını tədris etməlidir” yazılıb. Lakin bunun miqdarı göstərilməyib. Azərbaycan bölmələrində rus dili necə tədris edilirsə, rus bölməsində də Azərbaycan dili o məsuliyyətlə tədris edilir müəllimlərimiz tərəfindən.

Birmənalı şəkildi deyim ki, 2 saat çox azdır. Həm də çox. Üstəgəl dərsliklər də adətən qrammatika yüklü hazırlandığından dil öyrənmə çox zəif olur. Rus bölməsində təhsil alan şagirdlər, adətən, öz dilimizdə danışmağı bacarmır və ən ağrılısı isə, bu dildə danışmağı ar bilir bəzən. Əlbəttə ki, burda birinci günahkar ailədirsə, ikinci günahkar valideyndir. Ən azından evdəki danışığı daima ana dilində aparmalıdır.

Ümid edirəm, bu məsələ yaxın gələcəkdə öz həllini tapar”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO