Təhlil 23.09.2019 23:39

ABŞ-ın Belarus həmləsi – diplomatik əlaqələr bərpa olunur – TƏHLİL - FOTO

Amerika Birləşmiş Ştatlar və Belarus 11 illik fasilədən sonra səfirlər səviyyəsində diplomatik nümayəndəliklərini bərpa etmək planlarını açıqlayıb.

Rakus.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl Minskə səfəri zamanı bildirib.

Devid Heyl Prezident Aleksandr Lukaşenko ilə görüş zamanı Vaşinqtonun “Belarusun suverenliyi və müstəqilliyini qətiyyətlə dəstəklədiyini” vurğulayıb.

Belarus prezidenti görüşdə ABŞ-ın Ukraynada münaqişənin nizamlanmasına kömək edə biləcəyini bildirib.

Qərb ölkələri və Minsk arasında Belarusda insan hüquqlarının durumu və siyasi repressiyalarla bağlı uzun illərdir fikir ayrılıqları mövcuddur.

Birləşmiş Ştatlar və Avropa İttifaqı 2006-cı il prezident seçkilərinin ardınca təqiblərdən sonra Belarusa qarşı sanksiyalar tətbiq edib.

Belarus sanksiyalara cavab olaraq 2008-ci ildə səfirini Birləşmiş Ştatlardan geri çağırıb, ABŞ səfiri isə bunun ardınca Minski tərk edib.

İki ölkə Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını işğal etməsi və Kremlin Ukraynanın şərqində separatçılara dəstək verməklə, Belarusun ərazi bütövlüyü il bağlı narahatlıqların yaranmasının ardınca aralarındakı soyuq münasibətləri yenidən nəzərən keçirməyə başlayıb.

Moskva Rusiya və Belarus arasında vahid dövlətin yaradılmasına dair 20 illik planların canlandırılmasına çalışsa da, Lukaşenko buna meyl göstərməyib.

Belarus ölkə iqtisadiyyatının zəifləməməsi üçün Rusiyadan ucuz enerjidən ciddi şəkildə asılıdır. Moskva Belarusa satılan xam neftin qiymətini artırmaq üçün tədbirlər görür.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO