Gündəm 29.09.2019 23:39

Demokratların oyunu – Respublikaçıların məhvi – TƏHLİL - FOTO

Birləşmiş Ştatlarda ABŞ və Ukrayna prezidentlərinin telefon danışığı ətrafında qalmaqal böyüyür.

Rakus.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi Komitəsi Amerika xüsusi xidmət orqanlarının əməkdaşının Prezident Donald Trampın Ukrayna amili vasitəsilə 2020-ci il seçkilərinə müdaxilə etmək istəməsi barədə şikayətinin mətnini dərc edib.

Sənəddə deyilir: “Mən Amerikanın bir çox vəzifəli şəxsindən məlumat almışam ki, ABŞ Prezidenti xarici dövlətin ABŞ-da keçiriləcək 2020-ci il seçkilərinə müdaxiləsini təmin etmək məqsədilə öz səlahiyyətlərindən sui-istifadə edir”. Komitənin dərc etdiyi məktubda əlavə olunur ki, Ağ ev bütün vasitələrlə Donald Tramp və Vladimir Zelenski arasında olan telefon danışığının tam mətnini gizlətməyə çalışır.

BBC telekanalının saytında yerləşdirilmiş xəbərdə qeyd olunur ki, Donald Tramp Ukraynaya ayrılacaq 400 milyon dollarlıq hərbi yardımı da bu məqsədlə gecikdirib. Belə ki, ABŞ Prezidenti demokratların namizədi Cozef Baydenə qarşı təhqiqat aparılması üçün Ukraynanın dövlət başçısına təzyiq göstərib. Qeyd olunur ki, məhz həmin məktubdan sonra Konqresin Nümayəndələr Palatasının kəşfiyyat üzrə Komitəsi araşdırma aparmağa başlayıb.

Bundan başqa, Milli Kəşfiyyat İdarəsinin direktor əvəzi Cozef Mequair həmin şikayət məktubunu Konqresdən gizlədib.

Məktubda o da qeyd olunub ki, məlum telefon danışığından sonra ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker və Avropa İttifaqı yanında daimi nümayəndəsi Qordon Sondlend Ukrayna Prezidenti ilə görüşərək ona Cozef Baydenin oğluna qarşı təhqiqat aparılması ilə bağlı göstəriş verməsini tövsiyə ediblər.

Prezident Tramp isə bəyan edib ki, bütün bunlar Konqresdəki demokratların oyunudur və əsas məqsəd Respublikaçılar Partiyasını tamamilə məhv etməkdir.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO