Gündəm 01.10.2019 10:36

Ahıllar dövlətin hər cür qayğısı ilə əhatə olunub – Əli Əhmədov

“Oktyabr ayının 1-i dünyada ahıllar günü kimi qeyd olunur. Yaşlılara qayğı bəşəri sivilizasiyaların ən ali dəyərlərindən sayılır. Azərbaycan xalqına xas olan mədəni və əxlaqi dəyərlər bu sırada xüsusi yer tutur. Yaşlı insanlara qayğı və diqqət ailənin və cəmiyyətin təməl prinsipləri kimi əsrlər boyu formalaşaraq bu günümüzə gəlib çatıb. İndi həmin prinsip və dəyərlər həm də müstəqil Azərbaycan dövlətinin sosial siyasətində özünün təcəssümünü tapır. Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edən insana qayğı dediklərimizin əyani sübutu hesab edilməlidir”.

Rakus.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov bildirib. 


Qeyd edib ki, Azərbaycanda orta ömür ildən-ilə uzanır, yaşlı və ahıl əhali artır. Eyni zamanda dövlətin əhalinin bu kateqoriyasına diqqəti və qayğısı da daim artmaqdadır. Dayanıqlı pensiya təminatı, pensiyaların məbləğinin mütəmadi olaraq artırılması, ehtiyacı olanlara səhiyyə xidmətlərinin göstərilməsi ahılların həyatının rahatlığına etibarlı zəmanətdir. İndi yaşlı insana qayğı göstərilməsi təkcə onun yaxınlarının vəzifəsi deyil. Bu işin getdikcə daha çox hissəsini böyük məmnuniyyətlə dövlət öz üzərinə götürür. Əlbəttə, bu, övladların valideynləri qarşısında borcunu yerinə yetirməkdən onları azad etmir və etməməlidir. Valideynin qayğısını çəkmək hər kəsin müqəddəs, insani borcu, kamilliyinin ifadəsidir. Sevindirici haldır ki, ölkəmizdə ailələrin və insanlarımızın əksəriyyətinə bu keyfiyyətlər yüksək dərəcədə xasdır.

Sonda fikrini belə ifadə edib: “Hər bir ahıl vətəndaş əmindir ki, o tək deyil, ailəsinin, yaxınlarının və dövlətinin hər cür qayğısı ilə əhatə olunub. Gəlin onlara möhkəm can sağlığı və uzun ömür arzulayaq”.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO
Dünya, Təhlil / 16.07.2026 17:33
İranda hakimiyyətdaxili mübarizə – ABŞ-nin təxirə saldığı quru əməliyyatı – TƏHLİL - FOTO
Gündəm, Təhlil / 13.07.2026 17:16
IV Şuşa Qlobal Media Forumu – Azərbaycan Prezidentinin dünyaya ismarışları – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 10.07.2026 16:26
Avropa Parlamentinin türklərsiz Kipr siyasəti – qərəzli və təhrif olunmuş yanaşma – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 09.07.2026 17:07
Suriyanın inteqrasiyası – Trampın Şaraa sevgisi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.07.2026 13:17
Moskva körpüləri yandırır – TƏHLİL - FOTO
Dünya, Hərbi, Təhlil / 06.07.2026 17:43
Türkiyəyə üz tutan NATO Sammiti – alyansdaxili ziddiyyətlər – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 03.07.2026 16:54
Paşinyanın müxalifəti təmizləmək işi – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 02.07.2026 17:50
Gürcüstanın Mərkəzi Asiyaya üz tutması – TDT-nin etibarlı istiqaməti – TƏHLİL - FOTO
Dünya, Təhlil / 01.07.2026 16:15
ABŞ-İran danışıqlarına mane olan əllər – TƏHLİL - FOTO
Dünya, Təhlil / 30.06.2026 16:04
“Ana Ermənistan” – 102 saylı bazadan xilas olmaq hədəfi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 29.06.2026 16:50
Mümkünsüz görünən ABŞ-İran sülhü – Sepahın oynadığı baş rol – TƏHLİL - FOTO
Dünya, Təhlil / 25.06.2026 16:41
Fransanın cinayətkar hərəkətləri – Parisin cani erməni sevdası – TƏHLİL - FOTO
Dünya, Təhlil / 24.06.2026 17:51
ABŞ-nin Havana təhdidləri – Venesuela variantına hazırlıq – TƏHLİL - FOTO
Təhlil / 23.06.2026 15:06
Brexit də baş verdi, Britaniya da dağılmadı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 22.06.2026 17:46
ABŞ və İranın yol xəritəsi – dayanmayan normallaşma prosesi – TƏHLİL - FOTO
Təhlil / 19.06.2026 17:19
Moskvanın itən qüdrəti – Rusiya üçün dirilik suyu – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 11.06.2026 17:25
Qaçqınlıq və məcbur köçkünlük – dünya güclərinin toqquşan maraqları – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 10.06.2026 15:16
Afina ilə Parisin müdafiə sazişi – Türkiyənin etirazı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 08.06.2026 15:02
Müctəbadan sonra İranın rəhbəri Pezeşkian deyilsə, kimdir? – TƏHLİL
Gündəm, Mətbuat / 05.06.2026 17:32
“Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki…” - FOTO - VİDEO
Hərbi, Mətbuat / 04.06.2026 16:04
Yarımçıq qalan müqəddəs missiya – Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 13:12
Şəhid jurnalistin məzarı 5-ci ildönümündə ziyarət olunub - FOTO
Gündəm, Mədəni, Mətbuat / 04.06.2026 10:22
“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 08:00
Həqiqət izində həqiqətin axtardığı ADAM - FOTO
Gündəm, Hərbi / 04.06.2026 00:01
“Susuzluq faciəsi” – Şəhid jurnalistlərin minaya düşməsindən 5 il ötür - FOTO - VİDEO