Elm və təhsil 05.10.2019 05:56

Andromeda Dumanlığı iki qalaktikanı udub -ŞOK

Astronomlar Andromeda Dumanlığının ətrafında ulduzların kürə şəklində toplaşmasını müşahidə edərək belə qənaətə gəliblər ki, bu nəhəng kosmik məkan son milyard ildə ən azı iki qalaktika ilə toqquşub və onları udub.

Rakus.az xəbər verir ki, “Nature” elmi jurnalı yazır: “Bizim Süd Yolu qalaktikası da bu təhlükə ilə qarşılaşa bilər. Tədqiqatın müəlliflərindən biri, Avstraliya Milli Universitetinin professoru Duqal Maki bununla bağlı deyib: “Süd Yolu qalaktikası Andromeda Dumanlığı ilə təqribən 4 milyard ildən sonra toqquşa bilər. Bu qarşılaşmanın nəticəsini isə əvvəlcədən söyləmək mümkündür. Müşahidələr göstərir ki, Andromeda Dumanlığının ətrafı bizim qalaktikada olduğundan daha mürəkkəbdir. Bu, onun bir neçə “qonşusunu” udduğunu da göstərir”.

Astronomlar hesab edirlər ki, qalaktikaların toqquşması adi haldır. Bir qayda olaraq, bunun nəticəsində onların birləşməsi, yaxud tamamilə dağılması baş verir. Həmin kataklizmlər nəticəsində yeni ulduzlar yaranır və yeni qalaktika formalaşır. Lakin astronomlar onların təbiətini yetərincə öyrənə bilməyiblər. Belə ki, alimlər uzun müddət belə hesab ediblər ki, Süd Yolu qalaktikası bu cür “kosmik qəzalara” məruz qalmayıb. Yaxınlıqda olan bir neçə milyon ulduzun müşahidələri isə göstərib ki, bu, heç də belə deyil və təxminən 2-3 milyard il bundan əvvəl bizim qalaktikanın güclü “qonşusu” ilə toqquşması nəticəsində ulduzların yarandığı parlaq işıqlar əmələ gəlib.

Professor Maki və həmkarları müəyyən ediblər ki, Süd Yolunun ən nəhəng “qonşusu” olan Andromeda Dumanlığı əsl “qalaktika hannibalizmi” nümayiş etdirib. Bu prosesin bariz nümunəsi isə onun ətrafına toplaşmış parlaq ulduz yığınıdır. Havay adalarında quraşdırılmış Fransa-Kanada teleskopu olan CFHT ilə müşahidə aparan alimlər 500-dən çox ulduz və ətrafdakı onlarla kürə şəkilli kiçik kəşkəşanı müşahidə ediblər. O da müəyyən edilib ki, Andromeda Dumanlığının udduğu qalaktikalar onun özündən cəmi dörd-beş dəfə kiçik olublar. Alimlər bu tədqiqatların nəticələrinin Kainatın təkamülü haqqında mövcud olan nəzəriyyəni də alt-üst edəcəyini bildirirlər.

XƏBƏR LENTİ
Gündəm / 18.03.2026 17:28
İlham Əliyev Azərbaycan xalqını Novruz münasibətilə təbrik edib
Mədəni / 18.03.2026 12:52
Ardanış Kənd İcması Ramazan və Novruz tədbiri keçirib - FOTO
Siyasi, Sosial / 17.03.2026 23:14
Boğutlu, Bozabdal, Bozavdal yaylası – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 17.03.2026 14:22
76 il əvvəl adı saxtalaşdırılan oğuz məskəni – ANONS - VİDEO
Mədəni / 17.03.2026 00:01
Bu gün Torpaq çərşənbəsidir
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu? - VİDEO
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO