Sosial 08.11.2019 13:56

Ağsuda Bayraq Günü qeyd olundu - FOTO

Ağsuda 9 noyabr – Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunub.

Rakus.az xəbər verir ki, noyabrın 8-də səhər saatlarında rayon rəhbərliyi, ziyalılar, gənclər, ictimaiyyətin çoxsaylı nümayəndələri şəhərin mərkəzinə, üçrəngli bayraqlarla bəzədilən Heydər parkına gələrək Ümummilli Liderimizin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinin qarşısında məktəblilərin əl işlərindən ibarət Azərbaycan bayrağının təsvirləri ilə tanış olublar. Mərkəzin foyesində bayram mərasiminə toplaşanları musiqiçilər qarşılayıblar.

Təntənəli yığıncaqda Dövlət Himni səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev tədbiri açaraq iştirakçıları bayram münasibətilə təbrik edib, dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın xalqımızın milli qürur mənbəyi olduğunu söyləyib. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən üçrəngli bayrağımızın 1990-cı il noyabrın 19-da ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin sessiyasında yenidən qaldırıldığı diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. XX əsrin əvvəllərindən başlayaraq bu günə qədər üçrəngli bayrağımızın hər zaman səmada dalğalanması üçün Azərbaycan vətəndaşları mübarizə aparmış, döyüşmüş, canlarını, qanlarını əsirgəməmişlər. Bu savaş 1918-ci ildən başlayaraq 1990-cı il 20 Yanvar faciəsindən, 1992-ci ildə törədilən Xocalı soyqırımından keçən uzun bir yol gəlib. Müdhiş faciələrdən keçən bu yol indi qələbəyə doğru uzanır. İgidlərimiz müqəddəs bayrağımızı mütləq Qarabağda, Şuşada ucaldacaqlar.

Sonra rayon icra hakimiyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva “Dövlət Bayrağımız qürur mənbəyimizdir” mövzusunda məruzə edib. Məruzədə, eləcə də çıxışlarda bildirilib ki, dövlətçiliyimizin, müstəqilliyimizin simvolu olan milli bayrağımız bundan sonra əsrlər boyu başımız üstündə dalğalanacaq.

Rəsmi hissədən sonra Heydər parkında Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan yürüş iştirakçılarının qarşılanma mərasimi keçirilib. Qeyd edək ki, 500 nəfərdən ibarət gənc əllərində üçrəngli bayrağımızla Ağsu şəhərinin şimalından, Qəhrəmanlıq abidəsindən başlayaraq şəhərin mərkəzinə, Heydər parkınadək yürüş edib. Alqışlarla qarşılanan yürüş iştirakçıları parkda Ulu Öndərin abidəsi önünə gəlib, burada xatirə şəkli çəkdiriblər. (AZƏRTAC)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO