Siyasi 19.12.2019 19:00

Azərbaycan xalqının “azəri” adlandırılması yanlışdır – Türkiyəli tarixçi

Türkiyəli tarixçi, professor İbrahim Tellioğlu Azərbaycan xalqının “azəri” və ya azərbaycanlı adlandırılmasının yanlış olması açıqlaması ilə çıxış edib.

Rakus.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

O deyib ki, indiyə qədər tarixçilər və tədqiqatçılar Azərbaycan adının mənşəyi ilə bağlı müxtəlif fikirlər irəli sürüblər. Azərbaycanda yaşayan əhali gah “azərbaycanlı, gah da “azəri” adlandırılıb. Bütün bunların dünyada yaşayan türklərin birliyi və həmrəyliyinin qarşısını almaq üçün təşkil olunmuş oyun adlandıran türkiyəli professor “twitter” hesabında “azəri” adının ləğv edilməli olduğunu söyləyib.

İbrahim Tellioğlu sosial mediada mesajında bildirib ki, tarix boyu “azəri” adında türk xalqı mövcud olmayıb. Azərbaycan türkləri Türkiyə, Türkmənistan, İran, İraq və Suriyadakı soydaşları ilə birlikdə Oğuz qrupunun əhəmiyyətli bir hissəsini təşkil edirlər. Tarixçi deyir ki, “azəri” sözü bu yaxınlarda ortaya çıxıb. Əslində farslar biz Oğuz türklərini “azəri milləti”, ruslar isə “azərbaycanlı” adlandırdılar: “Bunun səbəbi şübhəsiz ki, İran adlandırdığımız fars dövlətinin 40 milyonluq Azərbaycan türkünün qiyamından qorxmasıdır. İran fars dövləti “azərbaycanlılar” deməklə bizi türk millətindən ayırmaq istəməyiblər. Digər tərəfdən ruslar “azəri və ya azərbaycanlı”, özbək, qazax, tatar, tacik və s adla türk millətini parçalayaraq hökm ediblər. Yoxsa bilirdilər ki, türklər yeganə türk milləti adı ilə birləşəcək və onlara qarşı üsyan qaldıracaq, Qafqazda və Avrasiyada hökmranlıq edəcəklər”.

İ Tellioğlunun sözlərinə görə, tarix boyu ruslar, farslar və ingilislər türk millətinə qarşı “böl, parçala və hökmranlıq et” siyasətini həyata keçiriblər. Tarix boyu Azərbaycan türk yurdu olub. Hətta məşhur türk tarixçisi M.F.Kirziyoğlu “Dədə-Qorqud” dastanında hekayələrdə qeyd olunan yer adlarının Azərbaycanda olduğunu sübut etmişdir.

“Tarixdə, Azərbaycan türkləri ilə bağlı bizanslılar “Türkia”, farslar isə “Türkmən cənnəti” deyirdilər. Azərbaycanda yaşayan əhali Osmanlı-Səfəvi mənbələrində də “türkmən” adlanırdı. Türk hökmdarı Şah İsmayıl Azərbaycan torpağında yaşayan əhalini “türk oğulları” adlandırır və Azərbaycan xalqına müraciət edərkən “Ey türk oğulları! Dilinizin bir sözünü dünyanın heç bir dilinə, bir ovuc torpağınızı dünyanın heç bir dövlətinə dəyişməyin. Onu qoruyun və gələcək nəsillərə saxlayın!” deyirdi”, İ. Tellioğlu qeyd edir.

Tarixçi deyir ki, indiyə qədər bir çox tarixçi və tədqiqatçılar Azərbaycan adının etimologiyası ilə bağlı müxtəlif fikirlər irəli sürüblər, ammma “azərbaycanlı” və ya “azəri” adlı millətin olmadığı ilə bağlı yekdil qənaətə gəliblər. Cənubi Azərbaycanda deyil, Şimali Azərbaycanda bu ifadələrə geniş rast gəlinir. “Bu gün “azərbaycanlı”, “azəri”, “Azərbaycan dili” və ya “azəri dili” kimi ifadələr qərəzli şəkildə geniş istifadə olunur. Nədənsə, bu Cənubi Azərbaycanda deyil, Azərbaycanın şimalında geniş yayılıb. Cənubi Azərbaycandakı soydaşlarımız fars zülmünə məruz qalmalarına baxmayaraq, daha cəsarətlidirlər və həqiqəti dəyişdirmirlər. Onlar hər zaman türk olduqlarını və dillərinin hər zaman və hər yerdə türk olduğunu bildirirlər. Özlərini “azəri” və ya “azərbaycanlı” adlandıranlar tarixi araşdırma aparsalar böyük bir səhv etdiklərini başa düşəcəklər. Əslində azəri adlanan İranın cənubunda yaşayan fars tayfaları var.

Tellioğlunun sözlərinə görə, eramızdan əvvəldən XX əsrə – Sovet işğalına qədər Azərbaycanda yaşayan əhali türk adlandırıldı. Yalnız bu dönəmdən sonra azəri və azərbaycanlı ifadələri geniş işlənməyə başlayıb. 1919-1924-cü illər sənədlərdə və 1929-cu ildə yazılmış kitablarda türk dili ifadəsinə, 1935 və 1941-ci illərdə verilən pasportlarda millət olaraq türk sözünə rast gəlinir.

Tarixçi həmçinin qeyd edir ki, “azərbaycanlı” adlı bir millətin olmadığını oxuyub araşdıran hər kəs başa düşə bilər. Çünki azərbaycanlı, amerikalı, fransalı kimi ifadələr bir şəxsin hansı ölkədən olduğunu ifadə etmək üçün işlədilir. Xalqlara bu şəkildə ad vermək düzgün deyil: “Necə ki, iraqlı, suriyalı, liviyalı deyə bir millət yoxdur və burada yaşayan insanların milli şəxsiyyəti ərəbdir. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Türkiyə, Cənubi Azərbaycan, İraq və Suriyada yaşayanların milliyyəti isə türkdür”. (İstiPress)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO