Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi haqqında hazırladığı qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib.
Rakus.az xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Azərbaycanda qida təhlükəsizliyi haqqında qanun üzərində həm beynəlxalq qurumların, həm də yerli qurumlar və ekspertlərin iştirakı ilə iş aparılırdı. Artıq Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin tənzimlənməsi üçün yeni qanun layihəsi tamamilə işlənib hazırlanıb, hökumətdə təmsil olunan müvafiq qurumların hamısının rəyləri alınıb və Nazirlər Kabinetinə təqdim olunub”, – Agentlik sədri vurğulayıb. (Report.az)