Elm və təhsil 17.07.2020 14:33

Ali məktəblərə qəbul imtahanları avqustun 13-14-də keçiriləcək – RƏSMİ

“Qəbul imtahanları, təxminən, avqustun 13-14-də başlaya bilər. Bu tarix də hələ dəqiq deyil. Çünki buraxılış imtahanlarının hamısının nəticələri elan olunmalıdır”. 

Rakus.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, avqust ayında dörd gün ərzində qəbul imtahanlarının keçirilməsi planlaşdırılır.

M.Abbaszadə bildirib ki, avqustun 10-dək rezidenturaya qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur: “Dövlət qulluğu ilə əlaqəli müəyyən təxirə salınan imtahanların da avqustun 1-dən 10-na qədər baş tutması nəzərdə tutulur”.

Onun sözlərinə görə, iyulun 23-24-də keçirilməsi nəzərdə tutulan buraxılış (qəbul) imtahanlarında 60 min şəxsin iştirak etməsi nəzərdə tutulub.

DİM sədri bildirib ki, karantin rejimi müddətində, təxminən, 143 min insan üçün imtahan keçirilib: “120 mini öz nəticələrini əldə edib. Bu həftələrdə yerdə qalanların da nəticələri elan olunacaq. Növbəti həftə üçün imtahanların keçirilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə alınıb”.

M.Abbaszadə deyib: “Xaricə oxumağa getmək istəyib də attestat alan məzunlar ali məktəblərə qəbul imtahanlarında iştirak edə bilər. Təbii ki, onlar buraxılış imtahanında iştirak etdikdən sonra qəbul imtahanına buraxılacaq. Həmin şəxslərdən kimsə abituriyent kimi imtahan üçün iş veribsə, müsabiqədə iştirak edə bilər”.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO