Mədəni 09.04.2024 22:53

“Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşirdi” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşirdi” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Ağbaba mahalının adət-ənənləri, toy mərasimləri, inancları, geyim və xalçaçılığı, folkloru, irsi, yaşam tərzi, deyim və duyumları, ağız ədəbiyyatı araşdırılıb.

Bildirilir ki, Ağbabada toy günü qayınana ilə qayınatanın gəlin üçün güləşir, qoruyucu Təndir əyəsi inancının əlamətlərinə görə gəlinin toy günü təndirin başına dolanıb, təndir əyəsindən izn istəyir. Gəlin gərdəyində, geyimində, eləcə də xalçada olan damğalar sanki qoruyucu rolu oynayır. Gəlin geyiminin formasında qurd ağzı element olur. Bunun mənası odur ki, gəlin geyiminin ətəyi qurd ağzı biçimində olmasa, onun xoşbəxt olma ehtimalı azalır.

Verilişdə Ağbaba və Şörəyel elinin birgə yaratdığı Amasiya türk gələnəyi, oğuz-türk yaşam tərzini, adətini və deyimlərini qoruyan  oğuz türklərinin adətləri, Amasiyada, Ağbaba, Şörəyeldə ağız ədəbiyyatını yaşadılması, türk adətləri, deyimləri və duyumları ilə bağlı maraqlı və müəmmalı məqamlara aydınlıq gətirilir.

Sonda folklorşünas Tacir Səmimi Ağbaba türklərinin qəribə türkü və nəğmələrinin sirli mənasından, Qafqaz və Anadolu adətlərini ilə yoğrulmuş Ağbaba folklorundan, burada yaşayan türklərin parçalanmış taleyi və böyük mədəni irsindən söz açır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 9-da saat 19:30-da Baku Tv-nin efirində və 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO
Dünya, Təhlil / 16.07.2026 17:33
İranda hakimiyyətdaxili mübarizə – ABŞ-nin təxirə saldığı quru əməliyyatı – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 15.07.2026 22:46
Dini şəxsi mənafeyə çevirənlər kimlərdir? – AMİN - VİDEO
Mədəni / 15.07.2026 10:03
Ayaqqabı təmizləyən Lui de Fünes necə ulduz oldu? – RETRO BAKU - VİDEO
Gündəm, Təhlil / 13.07.2026 17:16
IV Şuşa Qlobal Media Forumu – Azərbaycan Prezidentinin dünyaya ismarışları – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 10.07.2026 16:26
Avropa Parlamentinin türklərsiz Kipr siyasəti – qərəzli və təhrif olunmuş yanaşma – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 09.07.2026 17:07
Suriyanın inteqrasiyası – Trampın Şaraa sevgisi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.07.2026 13:17
Moskva körpüləri yandırır – TƏHLİL - FOTO
Dünya, Hərbi, Təhlil / 06.07.2026 17:43
Türkiyəyə üz tutan NATO Sammiti – alyansdaxili ziddiyyətlər – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 03.07.2026 16:54
Paşinyanın müxalifəti təmizləmək işi – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 02.07.2026 17:50
Gürcüstanın Mərkəzi Asiyaya üz tutması – TDT-nin etibarlı istiqaməti – TƏHLİL - FOTO
Dünya, Təhlil / 01.07.2026 16:15
ABŞ-İran danışıqlarına mane olan əllər – TƏHLİL - FOTO
Dünya, Təhlil / 30.06.2026 16:04
“Ana Ermənistan” – 102 saylı bazadan xilas olmaq hədəfi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 29.06.2026 16:50
Mümkünsüz görünən ABŞ-İran sülhü – Sepahın oynadığı baş rol – TƏHLİL - FOTO
Dünya, Təhlil / 25.06.2026 16:41
Fransanın cinayətkar hərəkətləri – Parisin cani erməni sevdası – TƏHLİL - FOTO
Dünya, Təhlil / 24.06.2026 17:51
ABŞ-nin Havana təhdidləri – Venesuela variantına hazırlıq – TƏHLİL - FOTO
Təhlil / 23.06.2026 15:06
Brexit də baş verdi, Britaniya da dağılmadı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 22.06.2026 17:46
ABŞ və İranın yol xəritəsi – dayanmayan normallaşma prosesi – TƏHLİL - FOTO