Gündəm 01.04.2019 13:49

Amaşov səfirlə görüşdü

Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qurupunun rəhbəri Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb.

Rakus.az xəbər verir ki, görüşdə Gürcüstan-Azərbaycan münasibətlərinin indiki səviyyəsindən məmnunluq ifadə olunub. Bildirilib ki, ölkələr arasında iqtisadi, siyasi, mədəni və digər müstəvidə əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir. Gürcüstan parlamenti ilə Azərbaycan Milli Məclisi arasında da sıx əməkdaşlıq mövcuddur ki, bu da özünü hər iki ölkənin parlament üzvlərinin müxtəlif beynəlxalq tədbirlərdə regionla bağlı ortaq mövqedən çıxış etmələrində göstərir.

Görüşdə Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri üzərində də dayanılıb. Qeyd olunub ki, Gürcüstan prezidentinin hər iki ölkənin torpaqlarının işğalı faktını xüsusi qabartması, işğala son qoyulmasının vacibliyini vurğulaması son dərəcə vacib məqamdır.

Məlum olduğu kimi, 9 aprel tarixi Gürcüstanda dövlət müstəqilliyinin bərpası günü kimi qeyd olunur. 1989-cu il həmin tarixdə sovet qoşunları Tiflisdə gürcü xalqının azadlıq tələbi ilə keçirdiyi dinc mitinqi dağıtmış, nəticədə 21 nəfər həlak olmuşdu, on minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənmişdi. Bir ildən sonra yanvarın 20-də oxşar faciə sovet qoşunları tərəfindən Azərbaycanda da törədilmişdi. Görüşdə bu barədə müzakirə aparılıb.

 

Səfir Z.Pataradze bildirib ki, rəhbərlik etdiyi ali diplomatik missiya Gürcüstanın müstəqilliyinin bərpasının 30 illiyini geniş qeyd edəcək. Bununla bağlı görülən hazırlıq işlərinə nəzər salınıb, bir sıra məqamlar dəqiqləşdirilib

XƏBƏR LENTİ
İqtisadi, Maraqlı, Sosial / 29.10.2026 13:47
Qərbi Azərbaycanın təbiəti: Göyçə gölünün sahilindəki Ardanış/Ardanuc kəndi - FOTO
Siyasi, Sosial / 28.10.2026 12:11
Qərbi Azərbaycan həqiqətləri: Zəngəzurun tarixi kəndi necə məhv edildi? - FOTO
İdman / 28.10.2026 00:16
Xatirə Turnirinin 5-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
Dünya, Təhlil / 27.10.2026 17:27
Avropanın iki dövlətində baş verənlərə qısa ekskurs – TƏHLİL - FOTO
Mətbuat / 27.10.2026 12:27
“Report”un yeni media mühitində 12 illik fəaliyyətinə BAXIŞ - FOTO
Siyasi, Sosial / 27.10.2026 10:16
Qərbi Azərbaycan Həqiqətləri: Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - FOTO - VİDEO
İdman / 27.10.2026 00:04
Beşinci tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Dünya, Təhlil / 26.10.2026 17:18
Tehran rejimi gözündə görmədiyi tiri niyə dəyişmək istəmir? – TƏHLİL - FOTO
Maraqlı, Mədəni / 26.10.2026 12:09
Özünü axmaq və gülünc kimi göstərən Kramarov kim idi? – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 26.10.2026 00:02
Xatirə Turnirində 5-ci turun nəticələri - FOTO
Maraqlı, Siyasi, Sosial / 25.10.2026 10:40
Qərbi Azərbaycan həqiqətləri: Bəriabadın taleyi necə dəyişdi? - FOTO - VİDEO
Sosial / 25.10.2026 08:29
Ailəsi dağıldı, doğmaları xəyanət etdi – “Arzunun vaxtı” - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 21:23
Qərbi Azərbaycan həqiqətləri: Ərincin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 24.10.2026 11:03
“Qayınanam “kapriznıy” idi, kaş başqa cür danışardım” – O VAXTLAR - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 09:42
Qərbi Azərbaycan həqiqətləri: Ardanışın unudulmuş Azərbaycan tarixi - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.10.2026 16:37
Paşinyanın ismarışları – demokratiyadan sui-istifadə metodu – TƏHLİL - FOTO
İdman / 23.10.2026 00:01
Şəhid Jurnalistlərin Xatirə Turnirində 5-ci tur həyacanı başlayır - FOTO
Siyasi, Sosial / 21.10.2026 13:31
Qərbi Azərbaycan həqiqətləri: Almalıq kəndinin tarixi sirləri - FOTO - VİDEO
Sosial / 21.10.2026 12:25
Qarabağlı qayınana, ukraynalı gəlin – “Arzunun vaxtı” - VİDEO
İdman / 21.10.2026 00:22
Xatirə Turnirinin 4-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Dünya, Elm və təhsil / 20.10.2026 17:42
Məktəb və məktəblilərin təhlükəsizliyi – ehtiyac duyulan əməkdaşlıq – TƏHLİL
Hərbi / 20.10.2026 12:02
Bir ömrün xatirəsini 32 saniyəyə sığdıran şəhidin son sözləri – REPORTAJ - VİDEO
Siyasi, Sosial / 20.10.2026 11:10
Qərbi Azərbaycan həqiqətləri: “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” - FOTO - VİDEO
İdman / 20.10.2026 10:16
Dördüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.10.2026 12:15
Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət – KƏNDİNƏ QAYIT - VİDEO
İdman / 19.10.2026 00:41
Xatirə Turnirində 4-cü turun nəticələri - FOTO