Sosial 02.07.2019 11:52

Azərbaycan polisinin amerikalı həmkarları

 

Bu gün Azərbaycanda polislərin peşə bayramıdır. Yəqin ki, bu bayram günündə Azərbaycan polisinin ABŞ-dakı həmkarları haqqında məlumat vermək yerinə düşər. Əvvəla onu deyim ki, ABŞ-da digər ölkələrdən fərqli olaraq vahid polis sistemi yoxdur. “ABŞ Polisi” termini qeyri-rəsmi olaraq istifadə olunur. Amma burada hər bir ştatın, eləcə də hər bir böyük şəhərin, hətta kiçik qəsəbənin də öz müstəqil polis şöbəsi vardır. Bəzən polis bölmələri böyük müəssisələrdə, məsələn universitetlərdə də mövcud ola bilər…

Bundan əlavə ABŞ-da federal cinayətləri tədqiq edən- FBİ, Narkotiklərə mübarizə idarəsi, Alkoqol, tütün, odlu silah və partlayıcılara qarşı mübarizə idarəsi, Gizli xidmət, İmmiqrasiya və gömrük polisi və digər adlarda federal hüquq mühafizə orqanları da vardır.
Ancaq əsas yük dövlət və şəhər polisinə düşür. Yerli polis orqanının rəhbəri – komissar, müfəttiş və ya polis şefi – adətən mer, bələdiyyə başçısı tərəfindən təyin edilir və bəzən də seçki yolu ilə seçilir…

Əyalət səviyyəsində polis şöbəsinin rəhbəri asasən şerif adlanır. Şeriflər demək olar ki, seçki yolu ilə seçilir və onlara özünə müavinlərini təyin etmək hüququ verilir. Şerifin rəhbərlik etdiyi inzibati qurum əyalətdə olan həbsxanalara nəzarət etməklə yanaşı məhkəmə zallarının təhlükəsizliyini də təmin edir…

ABŞ qanunvericiliyinə görə polisin səlahiyyətləri hökumət və ya bələdiyyə tərəfindən müəyyən edilir. Burada polisin öhdəliklərini dəqiq açıqlamaq çox çətindir. Çünki ictimai həyat səviyyəsi, texnologiya dəyişdikcə və yeni dövlət qurumları yarandıqca polisin öhdəlikləri də daim yenilənir…

Polis əməkdaşları tərəfindən hər hansı bir subyektə güc tətbiq edilməsi isə daxili nizamnaməyə əsasən təyin olunur. ABŞ-ın əksər şəhərlərində polis qurumları kütləvi təcavüzlərin qarşısını almaq və fövqəladə vəziyyətlərdə sabitliyi qorumaq üçün xüsusi hazırlıq keçir. Məsələn, Nyu-York şəhər Polis İdarəsinin sapyor briqadası partladıcı qurğularla törədiləcək terror aktlarının baş tutmamasından ötrü püxtələşib…

ABŞ-da polislərə rütbə xidmət müddətinə və ya hansısa sücaətlərinə görə verilmir. Polis orqanlarında işə düzələn şəxsə ilk olaraq “officer” rütbəsi verilir. Bu ifadə bizim anladığımız zabit mənasını daşımır, ABŞ polisində ən kiçik xidməti rütbə sayılır. Və polislərin 90%-i bu rütbəylə təqaüdə çıxır. “Officer”-dən sonra “dedektiv” rütbəsi gəlir. Bu rütbə zabit rütbəsinə bərabər olan kiçik dərəcədir. “Serjant” rütbəsi isə hər iki rütbədən yüksək olduğu üçün onu əldə etməkdən ötrü xüsusi imtahanlardan keçmək lazım gəlir. Bundan sonra leytenant və kapitan rütbələrinə yiyələnmək olar…

Ümumiyyətlə, rütbə məsələləri ABŞ-da ştatdan ştata fərqlənir. Məsələn, Nyu York polis şöbəsində rütbələrin ardıcıllığı belədir: “Officer”, “dedectiv”, “serjant”, “lieutenant”, “captain”, “inspector”, “shef” (1, 2, 3 ulduzlu), “police shef”, “commissar”.
Bəzi ştatlarda bu adlar müxtəlif ola da bilər və bu rütbələr əyalət qubernatoru tərəfindən təyin olunur…

Sonda onu da qeyd etmək istəyirəm ki, burada yaşadığım dörd ildə müəyyən etmişəm ki, ABŞ polisinin cinayət axtarışı ilə bağlı fəaliyyəti çox aşağı səviyyədədir. Ölkədə baş verən oğurluq hadisələrinin çoxu açılmır. Şahidlər, vətəndaş məlumatları olmasa cinayətlərin çoxu bağlı qalar. Nə isə, bu bayram günündə Amerikada yaşayan bir azərbaycanlı kimi əminliklə deyə bilərəm ki, Azərbaycan polisi ABŞ polisindən daha fədakar, daha bacarıqlıdır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO