Gündəm 23.05.2019 16:56

…Tikdim ki, izim qala

 

 

 

 

 

Uzaq keçmişimizdən durula-durula bu günümüzə gəlib çatan bayatılarımızın hikməti, fəlsəfəsi ahənrüba kimi oxuyanları özünə çəkir. Bayatılar poetikliyi ilə ürəyə yatır, ruha sığal çəkə-çəkə, könüllərdə məskən salır.

 

Əzizim bizim qala,

Həmişə bizim qala,

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

 

Bu bayatının hikmət yükü, məna çalarları yaşam fəlsəfəsidi. Qalalar tikilib, tikilən qalalar vəsf edilib. Bu qalalar dünənimizin, keçmişimizin tarixidi. Onlar ötən illərin sirlərini özündə qoruyub saxlayan kitabələrdir, xalqın daş yaddaşıdır, tarixin pozulmayan möhürüdür.

Xalqımızın qədimliyindən, onun tarixi keçmişindən, ululuğundan, mənəvi zənginliyindən soraq verən abidələr, qalalar ölkəmizin ərazisində yüzlərcədir, minlərcədir. Bu abidələrin, qalaların daşları, divarları arasında xalqımızın şanlı tarixinin açılmamış, yazılmamış qatları hələ də yatmaqdadır. Belə tarixi abidələrdən biri də, Zaqatala qalasıdır. Qala gözəlliyi və möhtəşəmliyi ilə diqqətimi cəlb etdi. Qalanın hasarına, daşlarına toxundum. Qulaqlarıma tarixin dərinliklərindən səslər gəldi, gözümün önündə döyüş səhnələri canlandı.

Zaqatala rayonunun ərazisi hərbi-strateji cəhətdən çox əlverişlidir. Belə ki, Azərbaycanın şərqindən Şəkiyə, Şamaxıya, Bakıya və Dağıstana gedən yollar buradan keçir. Olduqca əlverişli mövqeyə malik olan bu yerlər hələ qədim zamanlardan xarici qəsbkarların, o cümlədən, rusların da diqqətini özünə cəlb etmişdi. Bu ərazinin Zaqafqaziya hərbi dairəsinin mərkəzi olan Tiflis şəhərinə yaxın olması, hərbi sursat və ehtiyat qüvvələrin vaxtlı-vaxtında çatdırılması üçün mühüm mövqe olduğunu nəzərə alan çar burada hərbi baza rolu oynamalı olan möhtəşəm Zaqatala qalasını tikdirmək qərarına gəlir. Qalanı tikdirməkdə çar hökumətinin iki məqsəd vardı: qala Azərbaycanı qərbdən, Dağıstanı isə cənubdan tutan “əl” – plasdarm rolunu oynamalı; yerli xalqların gələcəkdə rus işğalçılarına qarşı qaldıracağı qiyam və üsyanları yatırtmaq üçün istifadə olunmalı idi.

Beləliklə, 1804-cü ildə Zaqatala şəhərinin yuxarı hissəsində bugünkü möhtəşəm qalanın tikintisinə başlandı və yerli xalqların köməkliyi ilə 1830-cu ildə əsasən başa çatdırıldı. Həmin ilin dekabrında, artıq güclü hərbi qüvvələr qarşısında tab gətirə bilən Zaqatala qalasının hündür divarları hazır idi. Qalanın tikinitisi üçün çox əlverişli yer seçilmişdi. Belə ki, üçbucaq şəklində olan qalanın iki tərəfi sıldırımlıqdır. Şimal tərəfi isə yer səviyyəsindədir. Müdafiə məqsədi ilə hasarın çöl tərəfində eni 10 metr, dərinliyi 5 metr olan xəndək qazılmışdı. Qalanın üç böyük qapısı var. Şərq qapısı məlum olduğuna görə zabit qapısı adlanır. Bu qapıdan çar ordusunun komandir heyəti keçirmiş. İkinci qapı əsgər qapısı adlanırdı. Şəxsi heyət təlim keçmək üçün bu qapıdan qala düzünə çıxırmış. Üçüncü qapı əsasən nəqliyyat üçün nəzərdə tutulmuşdu. Qaladakı qoşun üçün lazım olan ərzaq, silah və hərbi sursat da üçüncü qapıdan daşınırmış.

Zaqatala qalasının sahəsi 9 hektardır. Qalanın ərazisində 30-dan çox bina var. Bunlara keçmiş dairə rəisinin birmərtəbəli evi, qarnizon rəisinin mənzili, hərbi xəstəxana, müqəddəs Troitsa kilsəsi, zabitlər üçün ikimərtəbəli fliqel, silah-sursat anbarı, kazarmalar, məişət otaqları və s. aiddir.

O vaxtalar çar hökuməti qalada müntəzəm olaraq 2500 nəfər əsgər saxlayırdı. Vəziyyət pisləşəndə əsgərlərin sayı 8-10 min nəfərə qədər artırılırdı. Sonrakı tarixi hadisələr göstərdi ki, çar hökuməti Zaqatala qalasını tikdirməkdə yanılmamışdı.

1830-cu il Zaqatala üsyanına kömək etmək məqsədilə Dağıstanın gələcək imamı Həmzət bəy 2000 nəfərlik qoşunla Zaqatalanı tutduqdan sonra dərhal qala üzərinə hücuma keçir. Məğlubiyyətə uğrayan qoşun hissələri qala divarları arxasında müdafiə olunaraq kömək üçün yeni qüvvələr gözləyirdilər. Qalanı hücumla ala bilməyəcəyini görən Həmzət bəy onu mühasirədə saxlamalı olur. Ancaq tezliklə 4500 nəfərlik çar qoşunu mühasirədə qalanların köməyinə gəlir. Böyük üstünlüyə malik olan çar qüvvələri üsyanı amansızcasına yatırır. Artıq çar Rusiyası Dağıstanı cənubdan işğal etmək üçün Zaqatala qalasından plasdarm kimi istifadə edirdi. Şeyx Şamillə aparılan müharibə zamanı (1834-1859) Zaqatala qalası ordunun əsas düşərgəsi və başlıca hərbi məntəqəsi idi. 1859-cu ildə Şeyx Şamil 15 minlik qoşunla qala üzərinə hücuma keçir. Onun məqsədi qalanı ələ keçirib vilayətdəki rus qoşunlarını tamamilə məhv etmək idi. Amma qalanı tutmaq bu məşhur, qorxmaz, əvəzolunmaz sərkərdəyə nəsib olmadı.

1864-cü ildə Rusiya Qafqazı bütövlükdə işğal etdikdən sonra Zaqatala qalası əvvəlki hərbi əhəmiyyətini itirdi. Lakin strateji əhəmiyyətli belə bir qalanı imperiya yaddan çıxarmırdı. 1905-1907-ci illər inqilabından sonra II Nikolay inqilab ruhunu Rusiyanın mərkəzindən ucqarlara uzaqlaşdırmaq üçün bu qalanı əsgər və matrosların sürgün yeri üçün münasib bildi. İnqilabçı matrosların buraya sürgün edilməsi faktı qalanın adının bir daha tarixin pozulmaz səhifələrinə yazdı. Bu illərdə qalada komandiri podpolkovnik Dobrovolski olan 201-ci alayın 2-ci taboru yerləşdirilmişdi. Tabor Xarkov şəhərində təşkil edilmişdi. Qalaya sürgün edilənləri daimi nəzarət altında saxlayırdılar. Buna baxmayaraq taborda inqilabi əhval-ruhiyyə hökm sürürdü.

Böyük Oktyabr Sosialist inqilabından sonra çar qoşunları Zaqatala qalasını tərk edib Rusiyaya qayıtdılar. Sovet hakimiyyətinin ilk günlərində qəza inqilab komitəsi qalada özünə yer eləmişdi. Sonralar tütün kombinatı və rayon xəstəxanası da burada yerləşdirilmişdi. “Yenilməz batalyon” bədii filmi də bu qalada çəkilib.

Azərbaycan SSR Nazirlər Sovetinin 7 may 1984-cü il tarixli qərarı ilə Zaqatala qalasının ərazisi tarix-mədəniyyət qoruğu elan edilib. Hazırda qala rayona gələn qonaqların və turistlərin ən çox baş çəkdikləri yerlərdəndir. İllər keçsə də, qala zamanlara sinə gərərək tarixliyi və möhtəşəmliyi ilə gələnlərin diqqətini özünə çəkir…

Hazırladı:
Vahid MƏHƏRRƏMOV

 

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO