Gündəm 25.06.2022 15:44

Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ

Əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən qoyulmuş lakin uzun ömür yaşaya bilməyən Azərbaycan Ordusu müstəqilliyimizin bərpasından, xüsusən 1993-cü ilin 15 iyununda ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində yüksək inkişaf etmişdir.

Heydər Əliyev Azərbaycanda bütün sahələr kimi ordu quruculuğunun inkişafına da qayğı göstərdi. Müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək istənilən hadisənin qarşısını almağa qadir müasir mütəşəkkil ordu yaradılması Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixi Fərmanına əsasən 26 iyun – Azərbaycan Republikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Hər il bu tarix respublikamızın hər bir güşəsində bayram kimi qeyd olunur. Ölkədə hərbi təhsilin daha da gücləndirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 1999-cu ilin yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalanmışdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Müzəffər Ordumuz bu gün dövlətimizin başçısı Ali Baş Komandanımız, Qarabağ Fatehi İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində dünyanın ən güclüləri sırasına yüksəldi.

Bunun nəticəsidir ki, Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində yeni tarix yazdı. Belə ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz Azərbaycan xalqına 30 il həsrətində olduğumuz qələbə hissini , Zəfər sevincini yaşatdı. Xalqımızın mənəvi sərvəti olan Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad edərək öz tarixi missiyasını yerinə yetirdi.

Müzəffər Ordumuz 30 illik işğaldan sonra 44 günlük ikinci Qarabağ müharibəsində müharibə aparmaq, qüdrətində olduğunu göstərdi. Bu tarixi qələbə Azərbaycan Silahlı Qüvvələrinin çox güclü və torpaqlarımızı azad etmək üçün vuruşmaq qabiliyyətinin nəticəsidir.

Ali Baş Komandan İlham Əliyev bütün dünyaya göstərdi ki, onun igid , şücaətli, rəşadətli, qorxmaz, vətənini, xalqını sevən, bizlərə Zəfər sevincini yaşadan hərbçilərdən ibarət Azərbaycan Ordusu var. Azərbaycan Ordusu Şəhidlərimizin qisasını alaraq torpaqlarımızı düşməndən azad etdi. Bu 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin əvəzolunmaz rəhbər olduğunu gördük.

Yaşasın 30 illik həsrətə 44 günə son qoyaraq xalqımıza Zəfər sevinci bəxş edən Ali Baş Komandan Prezidentimiz İlham Əliyev! Yaşasın Müzəffər Ordumuz! Yaşasın günbəgün çiçəklənən, inkişaf edən Qarabağımız!

Qarabağ Azərbaycandır!

Sultanəli Qurbanov – Səbail YAP “Ü.Hacıbəyli-68” ƏPT-nın sədri

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO