Gündəm 26.08.2023 20:00

Ardanışda 4000 illik türk məzarlığında gizlədilənlər - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Çəmbərək  (Krasnoselo) rayonunun Ardanış kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, “Nadir şahın ordusunun kütləvi məzarlığı” adlı verilişdə Ardanış kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, xalçaçılığı, mətbəxi, toyları, aşıq sənəti, bayram ənənələri, iqtidsadiyyatı, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, Ardanış Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1975 metr hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Ərdanuc”, Qafqa­zın 5 verstlik xəritəsində “Ardanic” formasında qeyd edilib. Toponim qədim türk dilində “dağ”, “dağlıq”, “dağ kəndi” mənasında işlənən “art” sözündən və məkan an­layışı bildirən “-an” və “-ış” sözdüzəldici şəkilçi­sindən ibarət olub, “dağlıq yerdə yerləşən kənd” mənasını bildirir. Kənddə yal­nız azərbaycanlı yaşayıb və müxtəlif illərdə, ən son isə 1988-ci il noyabrın 24-dən 28-dək ta­rixi-etnik torpaqlarından qovulub.

Qeyd olunub ki, Ardanış qədim və zəngin tarixə malik bir bölgədə – Göyçə mahalının şimal-şərqində yerləşir. Ərazidəki tarixi abidələr –  Armudlu ərazisində Alban məbədinin qalıqları, o cümlədən Çaldakı alban qəbiristanlığı, eləcə də “Ocağın başı” adlanan dağ zirvəsində alban kilsəsinin qalıqları, Adatəpə, Böyük meşənin qənşərində və bir sıra digər yerlərdə aşkar edilmiş qədim oğuz qəbirləri, Ardanış yaxınlığındakı mağaralar və s. qədim dövrlərin yadigarları olaraq minilliklər boyu bu diyarın, bu ərazinin yaşayış məskəni olduğunu sübut edir. Ardanış ərazisindəki tarixi abidələr və tapılan maddi-mədəniyyət nümunələri bu ərazinin bizim eradan əvvəl III-II minilliklərdə məskunlaşdığını göstərir.

Həmçinin diqqətə çatdırılır ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Kənddə iqtisadiyyatın əsasını tütünçülük, taxılçılıq, heyvandarlıq təşkil edib. Balıqçılıq, bağçılıq və arıçılıq da xeyli inkişaf edib. Kənddə üçmərtəbəli orta məktəb binası, mədəniyyət evi, ticarət və ictimai-iaşə müəssisələri, hamam, elektriklə işləyən dəyirman, ağac emalı qurğusu, heyvandarlıq üçün yem emalı sexi və s. var idi.

Verilişdə Ardanışda olan 4000 illik türk məzarlığında gizlədilənlər,  alban abidələri, Nadir şahın ordusunun, taun xəstəliyindən qırılan Nadir şahın ordusunun kütləvi məzarlıqları, Ardanış-türk tarixini əks etdirən abidələrin üzərində yazı və simgələr üzə çıxarılır, “Əmir Teymur Ardanışda alban abidəsini niyə dağıdıb”  sualına aydınlıq gətirilir.

Vurğulanır ki, Göyçədə 2000 ildən çox torpaq altında qalmış mərz daşının üzərindəki yazı Azərbaycan dilində ən qədim yazı nümunəsidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 26-da saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO