Abana, Abaran, Abasadzor və Abaran çayı – ANONS - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Abana, Abaran, Abasadzor və Abaran çayı – türk tarixinin izi” adlı silsilə süjetlər hazırlanıb.
Rakus.az xəbər verir ki, süjetlər indiki Ermənistan adlanan ərazidə ermənilər tərəfindən adı dəyişdirilib izi itirilən toponimlərə, oykonimlərə, oronim və hidronimlərə həsr olunur. Məqsəd qədim oğuz yurdunda tədqiq olunmuş türk mənşəli yer-yurd adlarını, xalqın soykökünü yaşadan, ən xırda cizgilərini özündə qoruyan toponimləri əlifba sırası ilə tarixi-linqvistik baxımdan tədqiq edərək ardıcıl və statistik şəkildə geniş ictimaiyyətə və gələcək nəsillərə çatdırmaqdır.
Bugünkü buraxılışda Abana, Abaran, Abasadzor toponimləri və Abaran çayı hidronimi haqqında söz açılır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında iyulun 17-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.