Siyasi 31.10.2025 23:34

“Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qaçaq Nəbi öz dəstəsi ilə kəndimizdəki kahada yaşayıb” adlı veriliş Zəngəzur mahalının, Gorus rayonunun Şamsız kənd sakini Müzəffər Qəhrəmanovun həyat hekayəsinə həsr olunub.

O, 1953-ci ildə kolxozçu ailəsində doğulduğunu, uşaqlıq, məktəb illərinin yaddaqalan olduğunu deyib: “Ermənilərlə qonşuluqda yaşayırdıq, futbol oynayırdıq. Həmişə qalib gəlirdik, dava olurdu. Meşədən lobya çubuğu, odun yığır, ermənilərə satırdıq. Kəndimiz Kəpəz dağının ətəyində yerləşirdi. O vaxtlar Daşbaşı deyilən yerdə Qaçaq Nəbi öz dəstəsi ilə kahada yaşayırmış. Oradan Kəpəz pirinə qədər yeraltı lağım atılmışdı.  Qədim qəbirlərin üstündə Azərbaycan adları ərəb dilində yazılmışdı”.

Onun sözlərinə görə, o vaxt bütün mağazaları ermənilər işlədirdi: “Biz  alver edəndə pis baxırdılar. Biz onlara pislik etmirdik. Hər nə olsa da, onlara hörmət edirdik. Amma onların alçaq hərəkətlərini də heç vaxt bağışlamırdıq. Yeri düşəndə onlardan əvəz çıxırdıq. Bizim kənddə erməni olmayıb. Rəhmətlik atam deyirdi ki, ermənilər çox nankor olub. Qaynar somavarı qadınların belinə şəlləyib, üzərlərinə it fısqırdırdılar. Ermənilərin belə vəhşilikləri olub”.

Şamsız kənd sakini bildirib ki, 1988-ci ildə ermənilər hadisələr törədir,  bizi incidir, mal-heyvanlarımızı oğurlayıb aparırdılar: “Bizdə silah yox idi. Onların silahı var idi, arxalarında polis dayanmışdı. Görusun, Qafanın polisi onlara işləyirdi. Deportasiya başlayanda gecəikən mal-heyvanlarımızı apardılar. Dedilər ki, getməlisiniz, bura bizimdir. Kəndin 70 faizi Qubadlıya getdi. Biz heç nə götürmədik. Əynimizdəki paltarla qaçdıq ki, canımız salamat olsun. Qubadda bizə dayaq durdular, məskunlaşdıq. Bir müddətdən sonra Sumqayıta gələndə eşitdik ki, ermənilər Qubadlını da işğal ediblər”.

M.Qəhrəmanov Vətən həsrətinin çox ağır olduğunu vurğulayıb: “Vətən həsrəti ölənə qədər bizi incidəcək. Allah heç kəsə göstərməsin, biz çəkdiyimizi çəkdik. Kəndə ona görə qayıtmaq istəyirəm ki,  valideynlərimizin qəbri oradadır. Boya-başa çatdığım Vətəndir. Sərin bulaqları, gəzməli yerləri, meşələri var. Vətəndən pay olmaz. İnşallah,   qayıdarıq. Torpaq yerindədir, yenə qurub, yaradarıq. Əminəm ki, Şamsıza qayıdacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 31-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO