Gündəm 02.04.2026 00:02

Azərbaycanın Aprel qələbəsindən 10 il ötür

Bu gün Aprel döyüşlərinin başlamasından 10 il ötür.

Rakus.az xəbər verir ki, Azərbaycan Ordusu 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb.

Ermənistan isə bu xülyaya qapılmışdı ki, guya Azərbaycana dərs verəcək, amma bunun tam əksi baş verdi.

Azərbaycan dördgünlük müharibə ilə Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 000 hektardan çox hissəsini azad edib və daha çox ərazi əməliyyat baxımından hərbçilərimizin nəzarəti altına keçib.

Azərbaycan Ordusu Aprel zəfəri ilə Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi. Çünki döyüşlər zamanı hərbçilərimiz “Ohanyan müdafiə xətti”ni cəmi 20 dəqiqəyə yarmışdılar.

Azərbaycan Aprel döyüşlərində ən müasir silahlardan – “Harop” pilotsuz kamikadze aparatlarından, “cəhənnəm silahı” adlandırılan “TOS-1A” ağır odsaçan artilleriya sistemlərindən istifadə etmişdi, bu isə Ermənistanı əməlli-başlı qorxudurdu.

Ordumuz Aprel döyüşlərində Lələtəpə yüksəkliyini, Talış yüksəkliyini və digər bir sıra mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin işğaldan azad olunması Cəbrayılın Cocuq Mərcanlı qəsəbəsinin və Füzulinin Horadiz şəhərinin təhlükəsizliyini təmin edib.

Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dan çox tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 1 000-dən artıq döyüşçüsü yaralanıb.

Döyüşlərdən sonra bir sıra yolların – Goranboyun Gülüstan kəndi, Tərtərin Suqovuşan (həmin zamanlar Madagiz adlanırdı) üzərindəki yolların nəzarətdə saxlanılması təmin edilib.

Əməliyyatlar aprelin 5-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin Moskva razılaşmasına əsasən dayandırılıb.

Aprel döyüşləri Azərbaycan üçün böyük zəfərin başlanğıcı idi. Dördgünlük müharibə işğalda qalan torpaqların Vətən müharibəsində azad edilməsində həlledici rol oynadı.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra postmünaqişə dövründəki açıq qalan məsələlələri tənzimləyən 10 Noyabr Bəyanatının müddəalarının da yerinə yetirilməsində qətiyyət göstərir.

2022-ci ilin martında Fərrux dağı və eyniadlı kənd nəzarətə götürülüb.

2022-ci ilin avqustun 3-də Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Ardınca isə Buzdux və digər hakim yüksəkliklər də ordumuzun nəzarətinə keçib.

Həmin ilin avqust ayının axırlarında Laçın şəhəri, Zabux və Sus kəndlərinə nəzarət bərpa edilib.

2023-cü ilin mart ayı ərzində Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimaldan keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında hərbi tədbirlər görülüb.

Bundan sonra isə Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Onu da xatırlatmaq yerinə düşər ki, 2021-ci ilin noyabrında və 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı toqquşmalar baş verib.

Bundan sonra Azərbaycan böyük ərazini nəzarətdə saxlamağa imkan verən yüksəklikləri nəzarətə götürüb.

19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycan silahlı qüvvələrinin Rusiya sülhməramlı kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıb.

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vurulub. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilib. Separatçıların əsas rəhbərləri həbs ediliblər. Düşmənin qüdrətli Ordumuzun qarşısında 23 saat 50 dəqiqə dayanmağa gücü çatıb.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının bir qisim vətəndaşları hazırda Bakıda keçirilən ədalət məhkəməsində əməllərinə görə cavab verirlər.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO
Gündəm / 31.03.2026 00:02
Azərbaycanlıların soyqırımı günüdür - FOTO - VİDEO
Mədəni / 30.03.2026 14:26
Xalq artisti Rasim Balayev dəfn edilib – YENİLƏNİB - FOTO
Mədəni / 28.03.2026 23:19
Qərbi Azərbaycanda cıdır tamaşaları - VİDEO
Siyasi, Sosial / 27.03.2026 23:15
“Ermənilər azərbaycanlı qadının üstünə benzin töküb yandırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.03.2026 14:22
“Nəvələrim də baba yurduna qayıtmaq istəyir” – Şaban Həsənovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 24.03.2026 23:52
Bozburun, Bozqala, Bozdoğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.03.2026 14:22
Bozburun dağının Yerax olma sirri – ANONS - FOTO - VİDEO
Mədəni, Sosial / 21.03.2026 23:22
Qərbi Azərbaycanda ilaxır çərşənbə ayinləri - VİDEO
Gündəm, Mədəni / 20.03.2026 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Siyasi, Sosial / 19.03.2026 14:50
Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi - FOTO
Gündəm / 18.03.2026 17:28
İlham Əliyev Azərbaycan xalqını Novruz münasibətilə təbrik edib
Mədəni / 18.03.2026 12:52
Ardanış Kənd İcması Ramazan və Novruz tədbiri keçirib - FOTO
Siyasi, Sosial / 17.03.2026 23:14
Boğutlu, Bozabdal, Bozavdal yaylası – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 17.03.2026 14:22
76 il əvvəl adı saxtalaşdırılan oğuz məskəni – ANONS - VİDEO
Mədəni / 17.03.2026 00:01
Bu gün Torpaq çərşənbəsidir
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu? - VİDEO
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir