Sosial 24.10.2026 11:03

“Qayınanam “kapriznıy” idi, kaş başqa cür danışardım” – O VAXTLAR - VİDEO

Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Gülnarə Aydının “O Vaxtlar” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişin budəfəki qonağı Novxanı sakini Nazilə Quluzadə olub.

O, keçmişdəki ailə dəyərlərindən, uşaqlıq xatirələrindən və həmin dövrün evlilik adət-ənənələrindən danışıb.

Gəlin köçdüyü evdən və qayınanası ilə münasibətlərindən söz açan Novxanı sakini həmin dövrdə yaşadığı çətinlikləri bölüşüb:

“Mən 20 yaşımda elçilik yolu ilə Sumqayıta, böyük bir ailəyə – beş qayının olduğu evə gəlin köçdüm. Baldızlarım yaxşı qızlar olublar, onlarla yaxşı yola getmişik. Qayınanam bir az ərköyün idi, amma qayınanadır da, nə olsun? Mən də o vaxt kənd uşağı idim, ağlım kəsmirdi. İndiki ağlım olsaydı, deyirəm ki, kaş qayınanama başqa cür reaksiya verərdim. Bir hadisə baş verəndə heç nə demirdim, sakitcə ağlayırdım, sonra da acığım soyuyub gedirdi”.

Müasir dövrün gəlinləri ilə keçmişin gəlinləri arasındakı fərqlərə toxunan N.Quluzadə gənclərə dəyərli məsləhətlər də verib:

“İndiki gəlinlərlə o dövrün gəlinləri arasında böyük fərq var. İndiki gəlinlər bir az daha mərd, özünəinamlıdırlar. Özlərini müdafiə etməyi, fikirlərini açıq deməyi bacarırlar. Mən öz gəlinimdən çox razıyam. Onların işinə heç vaxt qarışmıram. Özləri hər şeyə qərar verirlər, mən də razılaşıram. Ailədə gərək səbirli olasan, dözəsən. Gənclərə də ilk növbədə Allahdan səbir diləyirəm”.

Veriliş oktyabrın 23-də Baku TV-nin YouTube kanalında yayımlanıb.

Ətraflı videoada tanış ola bilərsiniz:

XƏBƏR LENTİ
İdman / 26.10.2026 00:02
Xatirə Turnirində 5-ci turun nəticələri - FOTO
Sosial / 24.10.2026 11:03
“Qayınanam “kapriznıy” idi, kaş başqa cür danışardım” – O VAXTLAR - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.10.2026 16:37
Paşinyanın ismarışları – demokratiyadan sui-istifadə metodu – TƏHLİL - FOTO
İdman / 23.10.2026 00:01
Şəhid Jurnalistlərin Xatirə Turnirində 5-ci tur həyacanı başlayır - FOTO
Siyasi, Sosial / 21.10.2026 13:31
Qərbi Azərbaycan həqiqətləri: Almalıq kəndinin tarixi sirləri - FOTO - VİDEO
İdman / 21.10.2026 00:22
Xatirə Turnirinin 4-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Dünya, Elm və təhsil / 20.10.2026 17:42
Məktəb və məktəblilərin təhlükəsizliyi – ehtiyac duyulan əməkdaşlıq – TƏHLİL
Hərbi / 20.10.2026 12:02
Bir ömrün xatirəsini 32 saniyəyə sığdıran şəhidin son sözləri – REPORTAJ - VİDEO
Siyasi, Sosial / 20.10.2026 11:10
Qərbi Azərbaycan həqiqətləri: “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” - FOTO - VİDEO
İdman / 20.10.2026 10:16
Dördüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.10.2026 12:15
Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət – KƏNDİNƏ QAYIT - VİDEO
İdman / 19.10.2026 00:41
Xatirə Turnirində 4-cü turun nəticələri - FOTO
Sosial / 18.10.2026 10:48
“İnternetdə tanış olduq, ailəm dağıldı” – “Arzunun vaxtı” - VİDEO
Sosial / 17.10.2026 12:01
“Bu dövrdə kim anasına baxır?!” – O VAXTLAR - VİDEO
İdman / 16.10.2026 00:05
Şəhid Jurnalistlərin Xatirə Turnirində 4-cü tur başlayır - FOTO
Elm və təhsil / 15.10.2026 11:22
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Sosial / 14.10.2026 11:36
“Ayağımı yumağa 5 manat alır” – “Arzunun vaxtı” - VİDEO
İdman / 14.10.2026 07:22
Xatirə Turnirinin 3-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Mədəni / 13.10.2026 11:38
Müharibədən səhnəyə uzanan həyat – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 13.10.2026 08:49
Üçüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Sosial / 12.10.2026 11:37
Rizvan Hacıyev yazır: Dünyəvilik dinsizlik deyil…
İdman / 12.10.2026 00:23
Xatirə Turnirində 3-cü turun nəticələri - FOTO
Dünya, Siyasi / 09.10.2026 15:56
“Bakı Dialoqu”: müharibə aparanlara sülh ismarışı – TƏHLİL - FOTO
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO