Sosial 18.07.2019 14:00

Ayrılığın xəritəsini cızan adam

 

Elman Eldaroğlu tən ortasından ayrılıq kəməri ilə şimal və cənuba bölümüş Azərbaycanın şimalda bitən, cənubda başlayan, başlanğıcı sayılan Yardımlı rayonundandır. Amma özü azərbaycanın kiçik modeli olan Sumqayıtda dünyaya göz açıb.

Kim deyir ki, ayrılığın dili olmur. Ayrılığın dili qəmdi, kədərdi, ağrıdı, acıdı. Əkin–biçin vaxtı əli avtomatlı əsgərlərin ciddi nəzarəti altında sərhəddə tikanlı məftillərdən bir–birinə boylanıb baxışlarının həsrətilə danışan insanların hüznü çöküb o yerlərin adamlarının ruhuna. Harada yaşasalar da, o ağrı – acını öz gen yaddaşlarında nəsildən–nəslə ötürürlər. Bəlkə ona görə o yerlərin insanları Vətən məfhumunu,yurd anlayışını daha geniş miqyasda görür, anlayır. Və elə Elman da o ağrını, acını öz gen yaddaşında daşıyıb gətirib özüylə bu şəhərə.

Elman Eldaroğlu Sumqayıtda xeyriyyə cəmiyyəti yaratdı. Adını Yardımlı qoydu. Amma məqsədi vətəni bir ovuc Yardımlı ilə məhdudlaşdırmaq deyildi. Azərbaycanın tanınmış insanlarını,şair və yazarlarını, unudulmuş, qıraqda qalmış, sovet dövründə buraxılış vərəqəsi olmadan o torpaqdan olan sakinlərin belə gedə bilmədiyi yurda, bu dilbər guşəyə dəvət edərək, bu da böyük vətənin kiçik bir parçasıdır, gəlin unutmayaq demək istəyirdi əslində.

Vətən, vətəndir, vətənin o başı, bu başı olmaz.Necə ki, övladlar üçün ana birdir, qucağı istidir, əzizdir. Xeyli xeyirxah işlər gördü. Azərbaycanın işıqlı adamlarını bir–birinə tanıtdırdı. Sonra taleyi onu daha uzaqlara- soyuq Amerika qitəsinə, Şimal buzlu okean sahillərinə aparıb çıxartdı. Miçiqan Ştatına. Bu qərib diyarda, qürbət eldə,ona tamamilə yad olan adət- ənənənin,fərqli yaşam tərzinin olduğu yerdə əvvəl- əvvəl çox darıxdı…

Bir müddət yovuşa bilmədi adamlara. Sonra yenə azərbaycanlı olması, istiqanlılığı, zəhmətsevərliyi və bacarığı dadına çatdı. Bu soyuqqanlı insanlarla ünsiyyət qurub, onların dünyasından baş açmaq üçün onların dilini öyrənmək qərarına gəldi və öyrəndi. Qəribliyin, qürbətin dili də bir başqadır. Bunu ancaq yaşayanlar və çəkənlər bilir…

Sonra bu soyuqqəlbli insanların arasında özünə doğma, simsar olan insanları aramaq sevdasına urcah oldu. Tapdı, tanıdı, tanıtdırdı, sevdi, sevdirdi.

Hətta heç kəsə ürək qızdırmayan qaradərililərlə də ünsiyyət qurmağı bacardı. Onun üçün fərqi yoxdu, insan ağ dərilidi, qaradərilidi ya da sarışındı. Onun üçün bircə meyar vardı, təki insan olsun, sinəsinin altında insanlıq üçün döyünən ürəyi olsun.

Dibində nələr gizlədiyini bilmədiyimiz dərin okeanların qoynunda, gözü-könlü elə okean kimi buz tutan amerikalılara da azərbaycanlılara xas istiqanlılıqla yanaşdı,insanlarıyla insan dilində – sevgi dilində ünsiyyət qurdu.

Təkcə Miçiqanda deyil, taleyin bir parça çörəkmi, gənclik romantikasınınmı dalınca sunami dalğası kimi vurub vətəndən kənara atdığı qürbət quşlarını tapıb, onlarla vətən dilində, həmdəm, həmdərd oldu. Atılmış, qıraqda qalmış deyil, Azərbaycanı vətəndən kənarda ləyaqətlə təmsil edən ziyalıları, könlü vətən eşqi ilə yanan adamları tapıb sevdalarıyla birgə üzə çıxartdı və Azərbaycana sənin belə oğul və qızların var deməyi bacardı.

Elman təkcə bununla kifayətlənmədi. O, Azərbaycanda yaşayan ziyalıları da o şəkildə Amerikada yaşayan həmvətənlərimizə – bizim belə dəyərli oğul və qızlarımız var -, deyə sevdirməyi bacardı. Çünki insanlarla sevgi dilində danışdı, anladıqlarını sevgi dilində anlatdı.

Qarabağ həqiqətlərini, Xocalı qətliamını oturduğu parklarda rastlaşdığı insana, getdiyi küçədə adi vətəndaşlarından tutmuş, ofislərdə, şirkətlərdə səlahiyyətli vəzifə sahiblərinə qədər olduğu kimi anlatmağa, çatdırmağa çalışdı.

Doğulub boya başa çatdığı şəhəri Sumqayıtı, onun üçün əziz olan insanlarını da unutmadı. Dostlarla, doğmalarla daim sıx əlaqə saxladı. Burada baş verən hadisələri bizdən qabaq öz səhifəsində, əli çatdığı saytlarda mütəmadi olaraq işıqlandırdı. İnsanlara mənəvi dəstəyi, diqqət və qayğısı ilə də seçilməyi bacardı. O, böyük vətənin ortasından tikanlı dağlar çəkilmiş bağrından qopan hər parçasından, bir ovuc torpağından ayrılan, vahiməsiylə bağır yaran dərin okeanların bağrında qərar tutmuş soydaşlarımızın soyuq Amerika qitəsinə qədər ayrılığının, həsrətinin xəritəsini cızdı. İnsanlar onu sevdi, çünki o da insanları sevdi…

Gülnarə Cəmaləddin,
AYB-nin Sumqayıt bölməsinin sədri, şair

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO