Gündəm 12.09.2019 17:53

Allahşükür Paşazadə Prezidentə təşəkkür etdi

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Rakus.az xəbər verir ki, təşəkkür məktubunda deyilir:

“Möhtərəm cənab Prezident!

Qafqaz bölgəsi dindarlarının arzu və iradəsini ifadə edərək Sizə – Azərbaycan xalqının ləyaqətli oğluna, dövlət rəhbərimizə və dünyanın tanınmış siyasi xadiminə salamlarımı və təşəkkürlərimi ünvanlayıram.

70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətimin 40 illiyi münasibətilə Zati-aliləriniz tərəfindən dövlətin ən yüksək ali təltifatına – “Heydər Əliyev” ordeninə layiq görülməyim şəxsimə və Azərbaycan dindarlarına olan yüksək hörmət və etimadın göstəricisi, İslam aləmində və dini mərkəzlər tarixində nadir rast gəlinən müstəsna hadisədir. Müstəqil dövlətimizin ali dövlət mükafatını din xadiminə təqdim etməklə Siz, Zati-aliləri, dünya tarixinin ictimai-mənəvi dəyərlər müstəvisində yeni bir səhifə açdınız. Sizin alicənablığınız sayəsində Şeyxülislamın fəaliyyətinə verilən qiymət, eyni zamanda, Azərbaycan dövlətində milli-dini dəyərlərə olan özəl münasibətin, Zati-alilərinizin ölkəmizin hüdudlarından keçib Qafqaz regionuna, İslam dünyasına və beynəlxalq ictimaiyyətə qədər irəliləyən şöhrətinin sübutu və təqdiridir.

Zati-aliləri! Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi qüdrətinin artması istiqamətində misilsiz səyləriniz qürur mənbəyimizdir. Azərbaycandakı din–dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım, dini abidələrə dövlət səviyyəsində qayğı və himayə müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Fəxrlə deyə bilərik ki, Azərbaycanın dünya miqyasında mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində bugünkü uğurları, aparıcı rolu Sizin siyasi iradə və qlobal təşəbbüslərinizdən qaynaqlanır. Zati-alilərinizin XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən qlobal ideyaları, müəllifi olduğunuz Bakı prosesi, elan etdiyiniz Multikulturalizm, İslam Həmrəyliyi illəri sayəsində Azərbaycanın adı tarixin səhifələrinə nümunəvi tolerantlıq və bəşəri həmrəylik məkanı kimi yazılır. Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi haqqında Zati-alilərinizin tarixi qərarı beynəlxalq ictimaiyyət, nüfuzlu dini liderlər tərəfindən yüksək dəyərləndirilir. Zati-alilərinizin xeyir-duası ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi Sizin ideyalarınızın təntənəsi olub, Azərbaycanın dünya miqyasında bu istiqamətdə fəaliyyətlərin mərkəzi statusunu bir daha təsdiq etdi.

Zat-aliləri! Məni Azərbaycan dövlətinin ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif etməyiniz mənim üçün olduqca böyük fəxarət, qürur mənbəyidir. Ulu Öndərin adını daşıyan ali dövlət mükafatı bütün təltifatlarımın ən uça zirvəsi oldu. Adı və xatirəsi mənim üçün əziz olan qardaşımın adını əbədiləşdirən bu ordenin mənim üçün nə qədər böyük mənalar kəsb etdiyini sözlə ifadə etmək çətindir. Azərbaycan xalqı, Azərbaycan dindarları, Şeyxülislam olaraq şəxsən mən Zati-alilərinizin əməllərində Ulu Öndər Heydər Əliyevin uca mənəviyyat yolunun davamını görməkdən şərəf duyuruq”.

 

Məktubda həmçinin deyilir: “Möhtərəm cənab Prezident! Doğum günümdə mənə ünvanladığınız səmimi təbrik məktubunda fəaliyyətimə verdiyiniz dəyərlə fəxr duyur, şəxsimə göstərdiyiniz diqqətə, tutduğum məqama nümayiş etdirdiyiniz ehtirama görə bir daha Sizə dərin təşəkkürlərimi və minnətdarlığımı bildirirəm. Azərbaycan xalqının rifahı, dövlətimizin qüdrətinin artması, ərazi bütövlüyümüzün bərpası naminə misilsiz fəaliyyətinizə Allah-Təaladan uğurlar diləyir, Sizə və gözəl ailənizə ən xoş arzularımı yetirirəm.

Zati-aliləri! Biz, din xadimləri, bütün Azərbaycan xalqı inanırıq ki, Ulu Yaradanın köməyi, Sizin rəhbərliyinizlə Azərbaycan dünya miqyasında daha böyük uğurlara imza atacaqdır və biz Sizin kimi müdrik dövlət rəhbərimizin varlığı ilə hər zamankı kimi iftixar duyacağıq. Uca Allah daima yardımçınız olsun, Lütf və Mərhəmətini Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!”.

 

XƏBƏR LENTİ
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 23.09.2025 18:35
“Ermənistanın kənd təsərrüfatı məhsulunun 70%-ni azərbaycanlı əhali təmin edib” - FOTO - VİDEO