Siyasi 31.10.2019 13:13

Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO

Əbu-Dabi şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında ikinci siyasi məsləhətləşmələr keçirilib.

Rakus.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, BƏƏ tərəfindən isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin siyasi məsələlər üzrə müavini Xəlifə Şahin Al Mararrəhbərlik ediblər.

Görüş əsnasında siyasi, iqtisadi, ticarət, turizm, elm-təhsil, humanitar və s. sahələrdə ikitərəfli münasibətlər, Azərbaycan-BƏƏ əlaqələri, ölkəmizdə gedən sosial-iqtisadi inkişaf, o cümlədən iki ölkə arasında regional, eləcə də BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq münasibətiləri müzakirə olunub.

Siyasi sahədə əlaqələrdən məmnunluğunu ifadə edən R.Həsənov iqtisadi əlaqələrimizin iki ölkə arasında mövcud olan potensialı əks etdirmədiyini təəssüflə qeyd edib. O, iqtisadi-ticarət sahəsində geniş imkanların olduğuna işarə edərək, bu istiqamətdə hüquq-müqavilə bazasının daha da genişləndirilməsinin, həmçinin hər iki ölkənin iş adamlarının qarşılıqlı səfərlərinin intensivləşməsinin vacibliyini vurğulayıb.

R.Həsənov hər iki ölkənin dövlət başçılarlı, həmçinin xalqları arasında sıx dostluq əlaqələrinin mövcud olduğunu, müxtəlif səviyyələrdə qarşılıqlı rəsmi səfərlərin həyata keçirildiyini, Azərbaycan Respublikasının tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

X.Al Marar Bakıda keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil olunması münasibəti ilə təbrik edərək, tədbir çərçivəsində BƏƏ nümayəndə heyətinə göstərilmiş diqqətə görə təşəkkürünü ifadə edib.

R.Həsənov, öz növbəsində beynəlxalq təşkilatlarıda əməkdaşlıqdan razılıq ifadə edərək, xüsusilə də BMT və İƏT çərçivəsində Azərbaycana göstərilən dəstəyə görə BƏƏ tərəfinə təşəkkürünü bildirib.

R.Həsənov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verərək, münaqişənin həll olunması istiqamətində aparılan danışıqlar prosesi və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməsi məqsədilə ATƏT-in Minsk Qrupunun və beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini vurğulayıb.

R.Həsənov, həmçinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın işğal olunmuş digər ərazilərində istehsal olunan məhsulların müxtəlif adlarla BƏƏ bazarına çıxarılmasının qarşısının alınmasında BƏƏ tərəfinin beynəlxaq qanun və qaydalara riayət edərək göstərdiyi mövqeyə görə təşəkkürünü bildirib.

Tərəflər cari ilin noyabr ayında Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə İqtisadi Komissiyanın 7-ci iclasının əhəmiyyətini qeyd edib, həmçinin sözügedən iclasda müzakirə olunacaq sahələr, o cümlədən enerji, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, baxılmaqda olan saziş və anlaşma memorandumu layihələri ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər turizm sahəsində iki ölkə arasında mövcud əlaqələrə toxunaraq, əvvəlki illərlə müqayisədə BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayının üç dəfə artdığı məmnunluqla qeyd ediblər. Öz növbəsində R.Həsənov qarşlılıqlı turizm əlaqələrinin təşviq olunması və turist axınının daha da artırılması məqsədilə ümumvətəndaş pasportlarına malik olan Azərbaycan turistlərinin BƏƏ-yə giriş vizasından azad edilməsi məsələsini qaldırıb.

Tərəflər mədəniyyət sahəsində də mövcud əlaqələrin daha da genişləndirilməsinin, həmçinin qarşılıqlı mədəniyyət günlərinini keçirilməsi, sərgi və simpoziumların təşkil olunmasının əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı tərəflər, habelə regional və beynəlxalq təhlükəsizlik, qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar. Qarşılıqlı anlaşma şəraitində keçirilmiş görüşün sonunda Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin siyasi məsələlər üzrə müavini Xəlifə Şahin Al Mararı Azərbaycana səfərə dəvət edib.

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO